Əsrlərə bərabər ÖMÜR
09:28 18.12.2024
Media
1222
Azərbaycan xalqı tarixən milli maraqlar naminə, milliyyətçilik naminə canını, eşqini bu amala fəda etmişdir. Heç şübhəsiz, bu amal millət olaraq birləşməyin, əbədi mübariz şəkildə var olmağın ən təməl prinsiplərindən biridir. "Bayraqları bayraq edən üstündəki qandır, torpaq, uğrunda ölən varsa, vətəndir!".
Bu eşq uğrunda təkcə silahla ön cəbhədə deyil, həmçinin, elm cəbhəsində də savaşımız hər zaman sürməkdə idi. Alimlər, böyük dühalar, ulu ruhlar məskəni olmuş qədim Azərbaycan torpağının ən mükəmməl simalarından biri də ustad Şirməmməd Hüseynov idi..
Keçmiş zamanda deməyimə baxmayın, onun qələmi hələ neçə-neçə gəncə işıq tutmaqda, yol göstərməkdə və əzmkarlıq nümayiş etdirməkdədir. Azərbaycan Cümhuriyyəti dövrünün parlaq simalarından olan böyük alim yazdığı məqalələrdə, dərc etdirdiyi kitablarda keçmişi unutmayaraq, gələcəyin müasir tərəflərini, tərəqqiyə getməyin həll yollarını, uğurun və zəfərin əsas özəyinin millət və dövlət sevgisi ilə yoğrulduğunu dəfələrlə dilə gətirmişdir. "At ölənə qədər otlayar" misalını özünə şüar edən böyük ustad vəfatına yaxın aylarda da yeni çıxan mətbu orqanları izləyir, fəaliyyətlərini dərindən öyrənməyə davam edirdi. 150 illik yaşı olan Azərbaycan jurnalistikasının 100 yaşı bu gün Azərbaycan elm tarixində özünəməxsus iz salan, milli şüurun, oyanışın, yeniliyin tərəfdarı olan ustadın 100 yaşı ilə tamam oldu.
100 illiyin mübarək, Ustad Şirməmməd Hüseynov!
Turğay Camal
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm