Baş katib: Görüntülü və səsli media uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır

Bu gün görüntülü və səsli media, yayımlar uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır və təəssüf ki, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar.

APA xəbər verir ki, bunu Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun Baş katibi Deniz Güçer Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında çıxışında deyib.

Baş katib qeyd edib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.

"Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir. Bu forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanları olaraq qarşılaşdığımız problemlər və təcrübələrimizdən danışacaq, ortaq həll yolları axtaracağıq", o bildirib.