Arif Əliyevdən sərt tənqid: “İki dezinformasiyanın yayıldığını gördüm”
Fidan Həmişəyeva
16:23 14.07.2020
Media
982
“Görünür, jurnalistlərdə yalanı doğrudan seçmək bacarığı və qabiliyyəti yoxdur”
“İnformasiya qarşıdurmasının nə demək olduğunu və onun hansı üsullarla həyata keçirilməsini dərk etmirlər”
Tovuz istiqamətində döyüş əməliyyatlarının aparıldığı bir vaxtda həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır. Əlbəttə, bu dezinformasiyalar ordumuzun müdafiə qabiliyyətini zəiflədə, cəmiyyətdə çaşqınlıq yarada bilər. Lakin belə həssas dönəmdə ən vacib nüanslardan biri medianın öz işini və informasiya siaysətini düzgün qurmasıdır. Doğrudur, peşəkar media işinin öhdəsindən layiqincə gəlir və informasiya təxribatının qarşısını alır. Amma “əmma”lar da olmamış deyil. Bir sözlə, yenə də dezinformasiya yayıb “düşmən dəyirmanına su tökənlər” var.
Maraqlıdır, belə kövrək məqamlarda milli təhlükəsizliyin təhdid altına düşməməsi üçün media necə davranmalıdır?
Sualımızı cavablandıran “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev “Sherg.az”a bildirib ki, başımız daşdan-daşa dəydikdən sonra informasiya təhlükəsizliyi yada düşür. Mediada informasiya təhlükəsizliyinin çox mühüm olduğunu deyən jurnalist bu sahədə ciddi problemlərin meydana çıxdığını da diqqətə çatdırıb:
“Problem odur ki, informasiyanın məhdudluğu şəraitində hamı ilk öncə xəbər vermək arzusundadır. Hərbi əməliyyatlar və ekstremal şəraitlərlə bağlı informasiyalara çox ehtiyatlı yanaşmaq lazımdır. Məlumatı dəqiq yoxlamaq vacib amildir. Dövlət orqanlarının mətbuat xidmətləri ilə KİV-lərin getdikcə zəfiləməkdə olan əlaqələri Tovuz hadisələrində özünü bir daha göstərdi”.
A.Əliyev vurğulayıb ki, jurnalistlərin hərbi mövzularda ixtisaslaşması və hazırlanması üzrə kurslar təşkil olunmalıdır:
“Nəinki bu sahədə iqtisadiyyat və siyasət sahəsində də ixtisaslaşmış jurnalistlərimiz yox dərəcəsindədir. Amma hərbi məsələlərdə bu özünü çox pis şəkildə göstərir. Nəticədə informasiya ilə işləmək bacarığının az olması və dezinformasiyaların yayılması baş verir. Azərbaycan KİV-ləri tərəfindən erməni mediasının 2 dezinformasiyasının yayıldığını gördüm. Əlbəttə, bu qəsdlə olmayıb. Amma görünür ki, jurnalistlərdə yalanı doğrudan seçmək bacarığı və qabiliyyəti yoxdur. Yəni informasiya qarşıdurmasının nə demək olduğunu və onun hansı üsullarla həyata keçirilməsini dərk etmirlər. Bu çatışmazlıqlar üzərində işləməliyik ki, müharibə zamanı belə problemlərlə üzləşməyək. Artıq 2020-ci ildəyik. 2000-ci ildə ABŞ-ın “XXI əsr üçün Hərbi Doktrinası” hazırlanıb. Orada əsas tezislərdən biri bu idi ki, XXI əsrdə müharibələri hərbi meydanlarda yox, informasiya meydanında analiz etmək lazım gəlir. Ona görə də mütləq bu sahədə çalışmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya