Azərbaycanda onlayn platforma necə tənzimlənməli? – İZAH
Banuçiçək Kalbalıyeva
14:55 08.02.2021
Media
590
ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub. Yeni qanun layihəsinə əsasən bu ölkədə sosial şəbəkələrin məhkəmə prosesi sadələşdirilir. Əvvəlki qanunlara əsasən hər hansı istifadəçinin sosial şəbəkələrdə və onlayn platformalarda təhqir və zərərli paylaşıma görə məhkəmə şikayətləri tam təmin olunmurdu. Məhkəmə bu şikayətləri qısa müddətdə ləğv edir və ya tam təmin etmirdi.
Yeni qaydalarda onlayn platformaların saxta və zərərli reklamlara görə də məsuliyyət daşıyacağı göstərilir. Sözügedən qanun layihəsi qəbul edilərsə, "Facebook", "Twitter","Google", "YouTube" kimi sosial şəbəkələri və "Amazon", "Etsy" kimi e-ticarət saytları da daxil olmaqla bir sıra platformalara qarşı qərarlar sərtləşdiriləcək. Onlar qaydalara daha ciddi əməl etməli olacaqlar, əks təqdirdə qanuna uyğun olaraq cəzalandırlacaqlar.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda da onlayn platformanın qanunla tənzimlənməsi məsələsi gündəmə gəlir. Bunun hansı formada tətbiq edilməsi müəyyən müzakirələrə yol açır. Maraqlıdır, ölkəmizdə sosial şəbəkələrin tənzimlənməsi realdırmı?
Sualmızı cavablandıran media hüquqşünası Ələsgər Məmmədli “Sherg.az”a bildirib ki, reklama verilən müəyyən tələblər var. Reklamın məzmununda bir sıra elementlər, o cümlədən onun nifrəti, psixotrop maddələri təbliğ etməməsi və s. dayanır:
“Yəni bu, təbii haldır. Əslində Azərbaycanda Reklam haqqında Qanunda da həmin müddəlar öz əksini tapıb. Odur ki, televiziya və küçə reklamına tətbiq olunan məhdudiyyətlər sosial şəbəkələrdə də öz əksini tapa bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya