Bəzi TV-lərə İRAD: “Yarım il əvvəlin verilişi indi nə qədər aktual ola bilər ki...?!
Banuçiçək Kalbalıyeva
15:11 18.08.2020
Media
1527
“6 ay əvvəl çəkilən verilişin bu gün efirə verilməsi peşəkarlıq baxımından da nöqsanlıdır”
Karantin rejimi bir çox sahələr kimi, televiziya sektoruna da təsir göstərib. Kanalların əksəriyyəti karantin qaydalarına əməl etmək adı ilə veriliş çəkmir, aylar əvvəlki verilişləri yenidən efirə verirlər. Bəzilər bunu, həqiqətən, edir. Bəziləri isə...Məsələn ATV telekanalında yayımlanan “Zaurla günaydın” verilişindəki kadr hər kəsi təəccübləndirdi. Ekranın aşağısında “veriliş sosial izolyasiyası qaydalarının tətbiqindən öncə çəkilib” məlumatına, bəlkə də, inanmaq olardı.
Əgər aktrisa Məleykə Əsədova maska istifadə etməsə idi. Deməli, necə deyərlər, özlərini ifşa etdilər. Ola bilsin, sonradan necə böyük səhv etdiklərini başa düşüblər. Amma gecdi daha, qatar artıq getdi...
“Azvision.az” saytının baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədov“Sherg.az”a bildirib ki, indiki məqamda ən optimal variant karantin qaydalarını qorumaq şərtilə yeni verilişlər çəkmək idi:
“6-7 aydır, karantin şəraitində yaşayırıq. Yəni pandemiya yeni xəbər deyil.
Odur ki, karantin qaydalarını qorumaqla gündəmə uyğun verilişlər hazırlamaq olardı. Axı yarım il əvvəl çəkilən veriliş nə qədər aktual ola bilər ki, indi də maraqla qarşılansın?
Belə məqamları nəzərə almaq lazımdır. 6 ay əvvəl çəkilən verilişin bu gün də efirə verilməsi peşəkarlıq baxımından da nöqsanlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya