Birgə media platforması: “Türkiyə türkcəsini ortaq dil kimi qəbul edə bilərik”
16:28 02.02.2021
Media
1108
Dünən Milli Məclisdə keçirilən iclasda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub . Millət vəkili Hikmət bildirib ki, ortaq media platformasının yaradılmasından söhbət gedirsə, orada ortaq dil olmalıdır:
“Bu dil süni şəkildə formalaşdırıla bilməz. Ortaq platforma yaradılır, amma bizim televiziyalar türk filmlərini tərcümə edərək yayımlayır. Medianın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Yeni konsepsiya ilə bağlı nizamnamədə əksini tapan məsələlər öz həllini tapmalıdır”.
Deputat Sabit Rüstəmxanlı isə deyib ki, ortaq dil heç bir respublikaya lazım deyil: “Ortaq ünsiyyət dili ola bilər. Amma heç bir respublika öz rəsmi dilindən imtina edib, ortaq dili qəbul etməz.
5-10 ildən sonra bu dillərin yaxınlaşması daha da sürətlənəcək. Artıq evlərdə türk seriallarını hər kəs başa düşür. İlk olaraq adları öz dilinə uyğunlaşdırmaq lazım deyil.
Məsələn, Devlet Bahçelidir, bunu yazırlar Dövlət Bağçalı. Türkdilli respublikalarda Türkiyə türkcəsi aşağı siniflərdə 3-4 il öyrədilməlidir. Bundan sonra bu respublikalarda yaşayanlar bir-birini başa düşəcək. Türk Şurası bu məsələ ilə məşğul olmalıdır. Ortaq dili süni surətdə yaratmaq olmaz, amma ünsiyyət dili yaradılmalıdır”.
Bu barədə “Sherg.az”a danışan "Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, "Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal H.Babaoğlunun çıxışında dediyi fikirləri dəstəklədiyini bildirib:
“İllər öncə Azərbaycan televiziyalarında türk serial və filmlərinin tərcüməsi məsələsi qərarlaşdırılanda “Türküstan” qəzeti olaraq buna qarşı çıxmışdıq. Hikmət bəyin Milli Məclisdə çıxışı zamanı səsləndirdiyi M.Ə. Sabirin “Osmanlıdan türkcə tərcümə nə deməkdir?” şeirini təqdim etmişdik.
İndiki vaxtda Azərbaycanda türk ictimai, siyasi, mədəni, idman sahəsinə minlərlə insan izləyir. Onlar Türkiyə türkcəsini tam olaraq başa düşürlər. Bu baxımdan belə tərcümələr insanlarda ikrah hissi yaradır, süni formada görünür.
Bir çox hallarda ironik şəkildə qarşılayırlar. Məşhur Şabanın filmlərinin tərcümə edilməsi orijinalda olan effekti vermir, bu da izləyicilər tərəfindən xoş qarşılanmır.
Hazırda Azərbaycan Televiziyasında yayımlanan “Diriliş Ərtoğrul” serialını nümunə göstərə bilərəm. Məncə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə yaxınlaşma olduğu kimi bu məsələlərə də diqqət yetirmək lazımdır.
Əvvəllər Türkiyə televiziyalarında bənzər hallar var idi , reportajları Türkiyə türkcəsində verməyə çalışırdılar. Lakin indi Azərbaycan türkcəsində, bəzən alt yazılı verilir. Artıq yalnız şəxsiyyət vəsiqəsi ilə sərhədlərdən keçidlərin mümkün olduğu bir vaxtda, bu məsələyə yenidən baxılmalıdır”.
A.Camal təklif edib ki, Türkiyə türkcəsini ortaq dil olaraq qəbul edə bilərik:
"Son 30 ildə Azərbaycan və digər türk dövlətləri müstəqilliklərini yenidən qazanandan sonra bu məsələr hər zaman gündəmə gəlib. Açıq demək lazımdır ki, hələki təklif olunan layihələr içərisində türkcələrin hər birindən alınan sözlərdən ortaq dilin yaradılması layihəsi olmayıb. Beynəlxalq arenada daha çox Türkiyə türkcəsi istifadə edilir. Bu dil Azərbaycanda, Güney Azərbaycanda, Orta Asiyada, həmçinin Moldovadakı qaqauz türkləri arasında yayılıb. Ona görə Türkiyə türkcəsini ortaq dil olaraq qəbul edə bilərik”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm