Bu artıq sosial sifarişdir: “Sosial şəbəkələrlə bağlı qanun yaradılmalıdır” – TƏCİLİ !
Banuçiçək Kalbalıyeva
09:46 19.08.2020
Media
1698
“Mən söz, fikir, ifadə azadlığına qarşı qadağaların tam əleyhinəyəm”
“Lakin bu “azadlıq” milli təhlükə yaradırsa, artıq onun adı azadlıq deyil”
“Sosial şəbəkələrlə bağlı Almaniya və Türkiyə təcrübəsi bizə bu gün daha çox lazımdır”
ABŞ prezidenti Donald Tramp xeyli müddətdir ki, sosial şəbəkələrdəki anarxiyaya qarşı mübarizə aparır. Bəli, məhz anarxiya. Bir çox istifadəçi ona verilən azazadlıqdan sui-istifadə edərək dövlətçiliyə, milli mentalitetə zidd paylaşımlar edir. Əlbəttə, yol verilməzdir. Deməli, hər birimiz azadlıqla anarxiya arasındakı incə cizgidən xəbərdar olmalı, vətəndaşlıq mövqeyini hər şeydən yüksək tutmalıyıq.
Trampın sosial şəbəkələr məhdudlaşdırma təşəbbüsləri artıq bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə də davam etdirilir.
BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor Cahangir Məmmədli bu barədə “Sherg.az”a danışarkən bildirib ki, analoji təcrübənin Azərbaycanda da tətbiqi məqsədəuyğundur:
“Dünyanı bürüyən ixtisarlar, müxtəlif dövlətlərə vurulan zərbələr hər bir ölkənin müstəqilliyinə ən böyük təhdiddir. Belarus hadisələri buna əyani sübutdur. Ölkədaxili qüvvələr Belarusu bir dövlət kimi məhvə aparmaqdadır. Və bütün bunlar bu gün sosial şəbəkələrdə idarə olunur.
Ona görə də bir sıra ölkələr, hətta güc dövlətləri-məsələn, Almaniya, İngiltərə və s. sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlara, böhtan, təhqir və s. dezinformasiyalara qarşı qadağalar tətbiq etməkdədir.
Bu günlərdə Türkiyə də Almaniya təcrübəsinə istinad edərək sosial şəbəkələrdə sərbəst, antimili, antidövlət mətnlərinə qadağalar qoydu. Mənə elə gəlir ki, Azərbaycan kimi müharibə şəraitində yaşayan, Ermənistan kimi faşist bir dövlətin hər an törədə biləcəyi təhlükələrlə üzləşən və üzləşə biləcək bir ölkədə də sosial şəbəkələrlə bağlı qanun təcili yaradılmalıdır.
Məncə, problem Azərbaycanda artıq sosial sifariş kimi formalaşıb və Milli Məclis internet ətrafında dövlətçiliyimizə təhlükə yarada biləcək məsələlərlə bağlı Qanunu tezliklə, gecikmədən ortaya qoymalıdır.
Mən söz, fikir, ifadə azadlığına qarşı qadağaların tam əleyhinəyəm. Lakin bu “azadlıq” milli təhlükə yaradırsa, artıq onun adı azadlıq deyil. Bir sözlə, sosial şəbəkələrlə bağlı Almaniya və Türkiyə təcrübəsi bizə bu gün daha çox lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya