“Bunu jurnalist fəaliyyətimə verilən ən yüksək qiymət hesab edirəm”
10:48 23.07.2020
Media
1226
“Məlum sərəncam dövlətimizin pandemiya dönəmində belə mediaya diqqət və qayğısını əsirgəmədiyini göstərdi”
Məlum olduğu kimi, dünən ölkə başçısının sərəncamı ilə bir qrup jurnalist fəxri adlarla təltif olunub ki, onların arasında “Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı da var.
Moderator.az-a açıqlamasında ölkə başçısına təşəkkürünü bildirən Akif Aşırlı, dövlətin pandemiya şəraitində belə mediaya qayğı ənənəsini davam etdirdiyini vurğuladı:
“Ötən gün ölkə başçısının sərəncamı ilə bir qrup media əməkdaşı müxtəlif fəxri adlarla təltif olundu ki, onlardan da biri mən oldum. Ölkə başçısı tərəfindən fəxri adla təltif edilməyimi jurnalist fəaliyyətimə verilən ən yüksək qiymət hesab edirəm. Hesab edirəm ki, bu, sadəcə mənə deyil, “Şərq” qəzetinin kollektivinə, onalrın əməyinə verilən dəyərdir. Mən buna görə ölkə başçısına təşkkür edir, minnətdarlığımı bildirirəm.
Ölkə başçısının məlum sərəncamının daha bir önəmi bu sərəncamın bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bri vaxtda verməsi oldu. Bu sərəncam bir daha sübut etdi ki, dövlətimiz pandemiya dönəmində belə mediyaya diqqət və qayğı göstərməkdə davam edir, onun inkişafı istiqamətində ardıcıl addımlar atır. Bu isə mediamızın inkişafı, tərəqqisi baxımından olduqca önəmlidir.
Mən bir daha ölkə başçısına təşəkkür edirəm və inanıram ki, mediamız bundan sonra da mili maraqlarımızın, dövlətçilik mənafeyimizin müdafiə edilməsində yaxından iştirak edəcək, dövlətimizin inkişafına öz töhfəsini verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya