"Deputatlara səslənirəm, bu yanlışın olmasına yol verməyin" - Media eksperti narahatdır
Şəymən Bayramova
13:47 21.04.2020
Media
1549
Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə əlavə nəzərdə tutan qanun layihəsi yerləşdirilib. Layihəyə əsasən dövlət dilinin normalarının "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında " pozulmasına görə inzibati cəza müəyyən edilir.
Layihəni şərh edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, bir neçə aspektdən hüquqa zidd məqamlar olduğundan bu formada qəbul edilməməlidir:
“ Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən edildikdən sonra məsuliyyət nəzərdə tutula bilər. Bu məsuliyyəti nəzərdə tutan qanun "Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun"dur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutur. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, bu Qanun müəyyən etməlidir, edib də.
Həmin Qanunun 4-12 ci maddələri dövlət dilinin işlənməsi zəruri olan sahələri göstərib.
Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdud olmalıdır. Halbuki, İXM-yə dəyişiklik nəzərdə tutulan layihədə bu sahələrin əsasən heç birinə toxunmadan (reklam istisnadır), qanunda olmayan iki önəmli sahəni məsuliyyət çərçivəsinə salmağı planlaşdırır. KİV və İnretnet.
Diqqət etsək "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda KİV olaraq sadəcə 6-cı maddədə Televiziya və radioların məsuliyyəti nəzərdə tutulub.
Odur ki, geniş şəkildə "kütləvi informasiya vasitələri" və "internet resursları" üçün belə bir məsuliyyətin nəzərdə tutulması mümkün deyil və hüquqi əsası yoxdur”.
Ə. Məmmədlinin fikrincə KİV və İnternet resurslarının belə bir məsuliyyətə cəlb edilməsinin nəzərdə tutulması Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir:
“Düşünün, bu dəyişiklik qüvvəyə mindikdən sonra qəsdən bu tələbləri pozan istənilən internet istifadəçisi və digər KİV cərimələnmək istəyəcək. Daxili hüquq yolunda bu cərimə "qanuni" hesab ediləcək. Həmin şəxslər haqlı olaraq AİHM-ə gedəcək və ölkəni minlərlə avro cərimələdəcək. Beləliklə, bu maddə həm də bəzi "peşəkarlar" üçün gəlir yeri olacaq.
Deputatlara səslənirəm, bu yanlışın olmasına yol verməyin və bu formatda bir məsuliyyəti İXM-yə gətirməyə səs verməyin. Bu ciddi şəkildə ölkənin imicinə də problem yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq