Dövlət TV-ləri özəlləşdirilə bilərmi? – “Bu artıq zamanın diktəsidir”
Banuçiçək Kalbalıyeva
10:31 25.12.2020
Media
850
“Amma bunun nə ilə nəticələnəciyini demək çətindir”
“Çünki özəlləşdirmə strateji sahələrin dövlətin nəzarətindən çıxması deməkdir”
“Çalışmalıyıq ki, Yaxın Şərq, heç olmasa, Qafqaz üçün maraqlı televiziya kanallarımız olsun. Necə deyərlər, özümüz deyib, özümüz eşitməyək”
Rusiya prezidenti Vladimir Putin “Perviy kanal” televiziyası ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, “Perviy Kanal” səhmdar cəmiyyətinin maliyyə sabitliyini artırmaq üçün səhm emissiyası həyata keçiriləcək və qeyri-dövlət səhmdarlarına satılacaq. Beləliklə, dövlətin payı 51 faizdən ən azı 34 faizə endirilicək. Həmçinin fərmanda deyilir ki, Nazirlər Kabineti üç ay ərzində nizamnamə kapitalının artırılması və kanalın qeyri-dövlət səhmdarlarının siyahısını tərtib etmək, habelə dövlətin və digər səhmdarların paylarının ölçüsünü müəyyənləşdirmək üçün tədbirlər görməlidir.
Məlum olduğu kimi, Azərbaycanda iki telekanal- AzTV və İTV-i dövlət telekanallarıdır. Çünki onların səhmlərinin 51 faizindən çoxu dövlətə məxsusdur. Elə isə analoji təcrübə bizdə də tətbiq oluna bilərmi?
“Sherg.az” olaraq bu barədə tanınmış jurnalist, aparıcı Həmid Herisçinin fikirlərini öyrəndik. Onun sözlərinə görə, bu artıq zamanın diktəsidir:
“ Rusiya özəlləşdirmə prosesinin ilk iki mərhələsi uğurla keçsə də, Vladimir Putin vaxtı ilə üçüncüyə mane oldu. Amma üçüncü mərhələ artıq “qapını döyürdü”. Rusiya hakimiyyəti on illər əvvəl bu məsələyə qısqanclıqla yanaşırdı. Çünki ən azı iqtisadi müstəqillik itirilə bilərdi. Amma bir çox postsovet ölkələri kimi Rusiya da indi xeyli güclənib. Yəni bunu etməyə imkanı var. Onu da nəzərə almaq lazımdır ki, televiziya şimal qonşumuz üçün neft, qaz qədər strateji əhəmiyyət daşıyır”.
H.Herisçinin sözlərinə görə, məlum təcrübə heç də həmişə uğurla nəticələnmir:
“Özəlləşdirmə bəzən özünü doğruldur, bəzən isə yox. Hər halda burada söhbət dövlət əmlakının səmərəli istifadəsindən gedir. Rusiya praktikasının faktiki olaraq bizdə də tətbiqi mümkündür. Amma bunun nə ilə nəticələnəciyini demək çətindir. Çünki özəlləşdirmə strateji sahələrin dövlətin nəzarətindən çıxması deməkdir.
Biz çalışmalıyıq ki, Yaxın Şərq, heç olmasa, Qafqaz üçün maraqlı televiziya kanallarımız olsun. Necə deyərlər, özümüz deyib, özümüz eşitməyək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol