Əhməd İsmayılov: “Jurnalistlərin treninq keçmələrinə ehtiyac var”
13:23 13.01.2021
Media
713
Hazırda yerli mediada fəaliyyət göstərən jurnalistlərin treninqlərə ehtiyacı var. Apardığımız monitorinqlər zamanı bu kimi nüanslar öz təsdiqini tapıb.
Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində məlumat verib.
O bildirib ki, bununla bağlı agentliyə bir çox müraciətlər daxil olub:
“Ötən dövr ərzində Türkiyədən dəvət olunan mütəxəssislərlə birlikdə bir neçə təlimlərimiz keçirilib. Həmin təlimlərdən sonrakı dövrdə aparılan monitorinq göstərdi ki, bu tədbirlərin tez-tez keçirilməsi müsbət nəticələr verəcək”.
Media subyektinin Agentliyə hansı şəkildə müraciət etməsi ilə bağlı suala isə Əhməd İsamayılov belə cavab verib:
“Əgər sırf maliyyə dəstəyindən söhbət gedirsə, müsabiqəsiz birbaşa maliyyə dəstəyi nəzərdə tutulmayıb. Media subyektinə və ya jurnalistlərə hər hansı dəstəyin göstərilməsi zamanı mütləq qaydada ölkə qanunvericiliyinin tələbləri rəhbər tutulmalıdır. Qanunvericilik isə bizə sırf müsabiqəli layihələrin həyata keçirilməsini həvalə edib. Biz müsabiqə qaydalarını, eləcə də müsabiqədə iştirakına icazə veriləcək media subyektləri və jurnalistləri, eyni zamanda müsabiqə qaliblərinin müəyyən olunması istiqamətində kriteriyaları müəyyən etməliyik.
Biz bu kriteriyalar üzərində işləməyə başlamışıq. Ümid edirəm ki, qısa zaman ərzində Media haqqında qanun” layihəsi hazırlanıb təqdim olunacaq. Layihələr təsdiq olunduqdan sonra onların icrasına başlanıla bilər. Yenə qeyd etmək istərdim ki, Medianın İnkişafı Agentliyinin birbaşa məqsədi sadəcə media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi deyil. Agentliyin məqsədi ümumiyyətlə media mühitinin inkişafı və informasiyanın əldə olunma, yayılma prosesinin daha da təkmilləşdirilməsidir. Agentlik olaraq jurnalistlərdən gələn təklifləri və müraciətləri də müzakirə etməyə hər zaman hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya