Ekspert jurnalistlə razılaşmır: “Əsas olan doğrunu axtarmaqdır”
Banuçiçək Kalbalıyeva
07:53 18.05.2020
Media
2721
“Təklif edirəm ki, televiziyalarda aparıcılar üçün hər gün 1 saat Azərbaycan dili kursu təşkil edilsin və onlara Azərbaycan dilinin qrammatikası, sözlərin işlədilməsi öyrədilsin. Kursa gəlmək məcburi olsun”.
Bunları “Xalq qəzeti”nin əməkdaşı, jurnalist Əliqismət Bədəlov özünün “Facebook” səhifəsində yazıb. O, bunun vacib olduğunu düşünür: “Hər ayın tamamında ana dilindən imtahan keçirilsin. Bəlkə bundan sonra "bir nömrəli aparıcılar"ın Əməkdar jurnalistin, Əməkdar mədəniyyət işçisinin "sizlər", bizlər", " "yapma ya", "doktorum" və digər dilimizə yabançı sözlərindən canımız qurtarar”.
Təklifi “Sherg.az”a şərh edən media eksperti Zeynal Məmmədli bunu məqsədəuyğun hesab etmir:
“Xoşniyyətli, amma diletant, işə nabələd adamın təklifidir. Qrammatikanın və ya “doktorum” tipli xitabların aparıcı mədəniyyətinə nə dəxli var? Təbii ki, hazırlıq və təhsil olmalıdır. Amma aparıcılıqdan öncə. Sonra da təkmilləşmə kursları keçirilə bilər. Əliqismət Bədəlovun dediyi kimi, məcburi kurs və imtahanlar effektli nəticə verməz. Axı aparıcılıq təkcə nitq deyil. Bədən dili, qılıq, personifikasiya, yəni başqalarından fərqlənmə dərəcəsi, şəxsiyyət olaraq bəyənilmə də mühüm amillərdir. İnsan kəkələyə də , hər hansı sözü fərqli söyləyə də bilər. Əsas odur, yalan danışmasın, doğrunu axtarsın, örnək keyfiyyətlərə sahib olsun, sevilsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya
Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır
12:44 09.10.2026
Gündəm
Kobaxidze: Avropa Parlamenti SSRİ Ali Sovetini xatırladır
12:39 09.10.2026
Dünya