Elçin Şıxlı: “Media ilə bağlı ideyaları səpələmək istəmirəm”
14:42 09.02.2021
Media
1014
“Bu sahədən başı çıxan insanların rəyi mütləq alınmalıdır”
“Bizi də lazım bilərlərsə, fikirlərimizi konkret şəkildə bildirərik”
Son günlər ölkədə dinamik sahə olan medianın inkişafı ilə bağlı davamlı islahatlar aparılır. Yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Belə ki, fərmana əsasən Azərbaycan Respublikasının “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Bundan başqa, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da öz növbəsində "media landşaft"ı layihəsini Prezidentə təqdim etdiyini söyləyib.
O bildirib ki, medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramlar, təlimlər, təcrübə mübadilələri həyata keçirilməlidir:
"Bu zaman 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diqtəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər".
Media ilə bağlı islahatların vacibliyindən bəhs edən "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bu barədə “Sherg.az”a danışıb:
“Media islahatları üçün gərək böyük siyahı tutulsun. Bir-iki bəndlə məsələ həllini tapmır. 25-30 bəndlik yol xəritəsi tərtib edilməli və onun əsnasında işlənilməlidir. Bir neçə fikir deməklə boşluğu doldurmaq olmur. Hər kəsin fərqli yanaşması var. Lazım bilərlərsə, çağırarlar, məsləhətləşərik. İndi ideyaları səpələmək istəmirəm. Çünki əvvəllər də ideya verirdik, sonradan altını-üstünə çevirirdilər. Belə bir təkliflə çıxış etdiyimiz üçün özümüz də peşman olurduq. Doğrudur, islahatlara ehtiyac var. Əsas da medianın azad, sərbəst söz demək, həqiqətləri yazmaq imkanı olmalıdır. Bu prinsiplər olmayan yerdə "mini" islahatla uğur qazanmaq mümkün olmayacaq. Təbii ki, hər şey qanun çərçivəsində olmalıdır".
E.Şıxlı vurğulayıb ki, mediada təhqir və biabırçılıq deyil, tənqid olmalıdır:
"Əlində sübutun varsa, dəlillə hər şeyi yaza bilərsən. Yox, əgər bunu bacarmırsansa, dəlil tapana qədər susmalısan. Məktəbdə də keçirdik ki,”toplananların yerini dəyişəndə, cəm dəyişmir”.
Bu prinsiplə işləsək, mətbuata yenilik gətirə bilməyəcəyik. Keyfiyyət dəyişikliyi olmalıdır. Bu sahədən başı çıxan insanların rəyi mütləq alınmalıdır.
Bizi də lazım bilərlərsə, fikirlərimizi konkret şəkildə bildirərik”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm