"Etiraf edirəm, mən də günahkaram"
Məlahət Rzayeva
14:57 10.10.2020
Media
927
Azər Həsrət: "Orta Asiya dövlətlərindən döyüş bölgəsində reportyorlar görmürüksə, bu, onlardan çox bizim problemimizdir"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı bəyanat verməklə Azərbaycanın haqq işində yanında olduqlarını ifadə etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəyanata görə Şurada təmsil olunan dövlətlərin başçılarına (Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova) öz məktubunda təşəkkürünü bildirdi.
Lakin biz hələ də Orta Asiya respublikalarının media mənsublarının hazırda Azərbaycan ordusunun öz torpaqlarında erməni separatçılarına qarşı apardığı əks-hücum əməliyyatlarına diqqət göstərdiyini, əməliyyatlar barədə geniş materiallar hazırlandığını müşahidə etmirik. Döyüş bölgələrində qardaş Türkiyənin, həmçinin digər ölkələrin reportyorları olduğu halda Orta Asiya dövlətlərindən həmkarlarımız ortada yoxdur. Səbəb nədi?
Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət “Şərq”ə açıqlamasında problemin Orta Asiya türk dövlətlərinin jurnalist və reportyorlarında deyil, bizdə olduğunu bildirdi:
- Birincisi, narahatlığa gərək yoxdur. Orta Asiya dövlətləri də Azərbaycanla bir nəfəs alırlar, Azərbaycanın haqq işini tam dəstəkləyirlər. Məsələ burasındadır ki, Orta Asiyanın mövqeyi bəzən gözə görünmür. Və ya belə deyim, görünmür kimi görünür. Azərbaycan ordusu sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı və Özbəkistan, Qazaxıstan, Qırğızıstan dövlət başçıları Azərbaycan Prezidentinə məktub ünvanladılar, Azərbaycanın yanında olduqlarını bəyan etdilər, cənab İlham Əliyev də onlara təşəkkür etdi. Türkiyə də bizim qardaşımızdı və daim yanımızdadı. Lakin Türkiyənin sahib olduğu imkanlar Orta Asiya dövlətlərində yoxdur. Türkiyə hiperaktiv və dünya siyasətinə nüfuz edən dövlətdir. Türkiyə ilə Orta Asiya dövlətlərinin imkanlarını eyniləşdirə bilmərik. Bu, müqayisəyəgəlməzdir. İkincisi, əgər bu gün, Azərbaycan ordusunun əks-hücum əməliyyatları apardığı bir vaxtda Orta Asiya dövlətlərindən reportyorları döyüş bölgəsində görmürüksə, bu, onlardan daha çox bizim problemimizdi. Bu işi Orta Asiyadakı səfirliklərimiz, diaspora nümayəndəliyi və o ölkələrdəki azərbaycanlı iş adamları, bu və ya digər şəkildə söz sahibi olanlar təşkil etməlidir. Türkiyənin hətta ən az populyar telekanalları da Qarabağda aparılan anti-terror əməliyyatlarını, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini işıqlandırır, amma Orta Asiya bunu edə bilmir. Çünki biz onlarla iş birliyi qurmaqda zəifik, əməkdaşlığımız zəifdir. Səfirlik və aidiyyəti qurumlar da bu işlə məşğul deyil. Orta Asiya televiziyalarında Rusiya reportyorlarının reportajları yayımlanır. Çünki Orta Asiya repotyorlarının Azərbaycana səfərini təşkil edən yoxdur.
A.Həsrət bu işdə özünü də günahkar bildiyini dedi:
- Etiraf edirəm, mən də günahkaram. Amma mənim sosial şəbəkəyə girişim bloklanıb. Niyə? Başa düşürəm, qəbul edirəm, informasiya təhlükəsizliyi baxımından internet və sosial şəbəkələrdən istifadənin sıfırlanması zəruridir. Bu addım informativ təxribatın önünü almağa yönəlib. Amma Azər Həsrəti bloklamaq lazım deyil. Fərdi qaydada kimlərəsə beynəlxalq çıxış üçün imkan yaradılmalıdır. Məsələn, əks-hücum əməliyyatları başlayan zaman Qırğızıstandan olan hüquq müdafiəçisi Tölekan İsmayılova rus dilində paylaşım edib:
“Ermənilər, biz sizi dəstəkləyirik”. Mən o qadını tanıyıram, əgər sosial şəbəkəyə çıxışım olsaydı, ona cavab yazar və material göndərərdim, səhv mövqedə olduğunu anlayardı. Əlbəttə, mənim əlaqəm kəsilibsə, o da ermənilərlə işləyəcək.
Hazırda ən böyük informasiya savaşını cənab Prezident aparır və biz Prezidentin dünyanın aparıcı telekanallarına müsahibələrinə şahidik. Amma biz də İlham Əliyevin yanında olmalıyıq və kim nəyi bacarırsa, hansı əlaqələri varsa, işləməli, informasiya ilə təmin etməli və saxta xəbərlərin qarşısını almağa çalışmalıyıq.
Lakin sosial şəbəkəyə çıxış bloklanıbsa, bunu etmək qeyri-mümkündür. Ona görə də hesab edirəm ki, problem Orta Asiya dövlətlərində deyil, bizdədi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:56 08.06.2026
Ekologiya
İsrail Müdafiə Qüvvələri: Iranın HHM sitemləri məhv edilib
12:34 08.06.2026
Dünya
Paşinyan QALİBDİR: Artıq Moskvanı müttəfiq adlandırmır
12:26 08.06.2026
Gündəm