Faciələr sanki təbliğ olunur
00:15 29.01.2021
Media
958
Media intihar hadisələrini çox çılpaqlığı ilə yayır
Son vaxtlar intihar hadisələrinin sayı olduqca artıb. Ölümə qucaq açanların əksəriyyətinin gənclər olması vəziyyətin kritik həddə çatdığını bir daha sübut edir.
Məlumdur ki, mediada intihar xəbərləri ən xırda detalına qədər auditoriyaya təqdim olunur. Belə olan təqdirdə problemi olan insanlar hər gün eşitdiyi "gənc qız özünü binadan atdı", "naməlum şəxs yüksəkmərtəbəli binaya çıxaraq intihar etdi" tipli xəbərlərdən təsirlənir. Nəticədə isə səhər gözümüzü açar-açmaz yeni bir faciə xəbəri eşitmiş oluruq.
Günümüzün aktual mövzusuna çevrilən intiharlarla bağlı "Şərq"ə danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, bu cür hadisələrə media nümayəndələri daha həssas yanaşmalıdır:
"İntihar hadisələrinin düzgün işıqlandırılmaması medianın ciddi problemlərindən biridir. Belə hadisələrə doğru aspektdən yanaşmadıqda intihar cəhdlərinin sayı daha da artır.
Təəssüf ki, ölkəmizdə bu mövzunu peşəkar işıqlandırma yoxdur. Hadisəni yayımlayarkən "biri 18-ci mərtəbədən özünü atdı" demək bir növ insanları intihara təşviq edir.
Bu məsələyə ictimai nəzarəti gücləndirmək vacib şərtdir. Peşəkar media qurumları, o cümlədən Mətbuat Şurası bununla bağlı KİV nümayəndələrinə bir sıra təlimlər keçməlidir. Həmçinin bütün redaksiyalarına bu tip mövzular üzrə öz siyasəti, rəhbər prinsipləri olmalıdır".
Ekspert jurnalistlərə tövsiyə edir ki, intiharla bağlı süjet hazırlayarkən insanlara hadisəyə aid heç bir detal verməsinlər:
"Jurnalist intihar faktlarından bəhs edərkən xüsusi etik qaydalara diqqət etməlidir. Həmin hadisənin necə olmağı barədə məlumat süjetdə təsvir olunmamalıdır. Əksinə, onun nəticələrindən danışmaq, geridə qalan insanlara mənəvi cəhətdən nə qədər zərər verdiyini göstərmək daha effektiv olar".
Aytac Ali
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm