Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur
08:52 28.10.2020
Media
1119
«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edir.
"Sherg.az" xəbər verir ki, 22 Oktyabr tarixində TF 1 kanalında « saat 20 » verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu « genosid törədənlərin fahişəsi » kimi qələmə veriblər. Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.
Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.
« « Sərhədsiz reportyorlar » ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq ».
Belə ki, Facebook üzərindən yayımlanan reportaj haqqında « dezinformasiyaya bənzəyir » fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq : « Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər ».
Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər.
TF 1 bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün, Liseron Budulun reportajını öz saytından silib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media