“Fransada söz azadlığı ilə bağlı ciddi problemlər var” – MARAQ və QƏRƏZ!
Fidan Həmişəyeva
10:52 10.11.2020
Media
2838
“Söz azadlığını məhdudlaşdıran qanunların qəbul olunması da bunu sübut edir”
“Bu ilin may ayında internet azadlığını məhdudlaşdıran yeni qanun qəbul edildi”
“Bu ölkə söz azadlığını yox, öz marağını güdür”
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin xəbər agentliyi “Agence France Presse”in ( AFP) onunla müsahibəsini yayımlamadığını bildirib.R.Mustafayev “Twitter” hesabında AFP və müsahibəsinin yayımlanmasını rədd edən (müxbir) Didier Laurasanı qınayıb:
“Bizə söz verməkdən və məqalələrimizi dərc etməkdən imtina edən Le Figaro və digər KİV-i qınayıram. Fransada söz azadlığı belə “işləyir”.
Səfir Laurasın ona və Olivier adlı birinə göndərdiyi məktubun şəklini də paylaşıb. Məktubda “Söhbətin məzmunu nəzərə alınaraq hesabat verməməyə qərar verdik. Adı çəkilən ittihamlar təsdiqlənmədi” - deyə qeyd olunub.
Fransa mətbuatının səfirimizə senzura tətbiqini “Sherg.az”a dəyərləndirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, Fransa mətbuatının Azərbaycan həqiqətlərlərinə qapalı olduğu heç kimə sirr deyil.
Ekspert qeyd edib ki, fransızlar üçün müəyyən ideoloji istiqamətə uyğun gələn xəbərlər vacibdir:
“Son dövrlərdə Fransa KİV-ləri erməni diasporunun və oxucuların güclü təzyiqinə məruz qalıb. Ona görə də fransızların əksəriyyəti bu təzyiqdən qorxub, həqiqətləri duymaq istəmədilər.
Beləliklə, Azərbaycanla bağlı hazırlanmış reportaj və başqa materialları səhifədən çıxardırlar. Çünki bir neçə qəzet və sayta qarşı təzyiqlər göstərilirdi. Ona görə də fransızlar belə addım atırlar. Təəccüblü deyil, çünki Fransa söz azadlığını yox, öz marağını güdür”.
A.Əliyevin sözlərinə görə, Fransanın Dağlıq Qarabağa münasibətdə qərəzli olması dəfələrlə üzə çıxıb:
“Bu, təkcə Fransa diplomatiyasına yox, bu ölkə mətbuatına da aiddir. Son 10 ildə Fransada söz azadlığı ilə bağlı problemlər kifayət qədər ciddidir.
Söz azadlığını məhdudlaşdıran qanunların qəbul olunması da bunu sübut edir.
Bu ilin may ayında internet azadlığını məhdudlaşdıran yeni qanun qəbul edildi. Ona görə də Fransada söz azadlığı ilə bağlı ciddi problemlər var. Bunu dini mövzularda da görmüşük.
Fransada söz azadlığı ətrafında mübarizə hətta qətllərə qədər gətirib çıxarıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət