“Koronavirus media cameəsinə də ayaq açıb”
Şəymən Bayramova
14:23 06.07.2020
Media
1327
“Bu gün 30 nəfər jurnalistin koronavirusa yoluxması faktı öz təsdiqini tapır. 3 nəfər isə dünyasını dəyişib”
“Bu intensivlik vəziyyətin kifayət qədər ağır olduğunun göstəricisidir”
"May ayında karantin rejiminin yumşaldılması bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma sayının ciddi şəkildə artması ilə nəticələndi. Hazırda isə ölkəmizdə pandemiya ilə bağlı artım dinamikası pik həddə çatıb. Buna rəğmən hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir".
Bu sözləri “Sherg.az”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.
İlk növbədə jurnalistlər arasında “COVİD-19”a yoluxma və ölüm sayı ilə bağlı statistikanı xatırladan JuHİ sədri qeyd edib ki, ilk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər yox idi, bu gün isə durum pisləşib:
" Mayın 16-da açıqlama yaymışdıq ki, koronavirusa yoluxan şəxslər arasında bir nəfər belə jurnalist yoxdur. Çox təəssüflər olsun ki, infeksiya media cameəsinə də ayaq açıb. İyunun 30-da açıqlanan nəticələrdə artıq 18 həmkarımızın adı virusa yoluxan şəxslərin siyahısında yer alırdı. 1 nəfər də pandemiyadan dünyasını dəyişmişdi. Ortadan cəmi 7 gün vaxt keçib. Bu gün 30 nəfər jurnalistin koronavirusa yoluxması faktı öz təsdiqini tapır. 3 nəfər isə dünyasını dəyişib. Bu intensivlik vəziyyətin kifayət qədər ağır olduğunun göstəricisidir."
İyunun 20-dən etibarən karantin rejiminin sərtləşdirilməsinə rəğmən yoluxma sayının 500 nəfərdən aşağı düşmədiyini vurğulayan M. Ələsgərli deyib ki, indi təsəvvür edin qaydalar yenidən sərtləşdirilməsə idi, bəlkə də gündəlik yoluxma sayı 1500-2000-nin üzərində olardı:
"Vətəndaşlarımız səbrli olmalı, pandemiyaya qarşı müabrizədə dövlətin atdığı addımların heçə getməməsi üçün karantin qaydalarına riayət etməlidir. Elə bir mərhələyə gəlib çatmışıq ki, artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq. Əhalinin dana çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunacağına ümid edirik".
Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyətinin çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirdiyini vurğulayan M. Ələsgərli hesab edir ki, artıq vətəndaşlar da öz məsuliyyətini dərk etməli və bu mübarizəyə qoşulub pandemiyaya qarşı savaşda dövlətə dəstək olmalıdır:
"Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Hesab edirəm ki, hazırda vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi davam etməli. Dünyada koronavirusun yayılmasında ikinci dalğanı yaşayan ölkələrin nümunələri öyrənilib, media vasitəsiylə cəmiyyətə çatdırılmalıdır".
Oxşar xəbərlər
Hakan Kılıç: Azərbaycan və Türkiyə mediası manipulyasiyalara qarşı diqqətli olmalıdır
13:57 06.08.2026
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq
13:57 04.08.2026
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə