MEDİA - nın səlahiyyətləri genişdir ! - “Mətbuatda səliqə-sahman yaradılacaq”
Fidan Həmişəyeva
12:27 19.01.2021
Media
876
Yeni yaradılan Media İnkişaf Agentliyi (MEDİA) Azərbaycan mətbuatının zamanla ayaqlaşması, informasiya texnologiyalarının gətirdiyi yeniliklərə uyğunlaşması baxımından olduqca önəmlidir.
Bu mənada Prezident İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında yaradılan MEDİA-dan gözləntilər böyükdür. Ekspertlər hesab edir ki, yeni Agentlik medianın saflaşması, ölkədə jurnalistikanın inkişafı, peşəkar media nümayəndələrinin formalaşması, media quruluşlarının biznes modelinə keçməsi cəhətdən mühüm töhfələr verə bilər.
Onların fikrincə, Agentlik mediadakı rəqabətliliyi, keyfiyyət standartlarını təmin edə biləcək layihələr icra etməklə dövlətin mətbuata uğurlu dəstək modelinə çevrilə bilər.
MEDİA-nın yaradılmasının mühüm addım olduğunu deyən “APA Holdinq”in baş direktoru Vüsalə Mahirqızı “Sherg.az”a bildirib ki, yeni qurum mətbuatın fəaliyyətinə dəstək verəcək:
“İlkin mərhələdə qanunda yenilənmə olmalıdır. İnternet və sosial media ilə bağlı qanunvericilikdə dəyişiklik öz əksini tapmalıdır. Onlayn media subyektlərinin statusu və fəaliyyətinə dair məsələlər də həll edilməlidir. Ən vacib məsələlərdən biri də jurnalistlərin vahid “press-kart”la təmin olunmasıdır. Jurnalistlərlə bloqer və aktiv sosial şəbəkə istifadəçiləri arasında fərq olmalıdır. Jurnalistin “immunitet”i var, hər kəs budan istifadə etməməlidir”.
V.Mahirqızının fikrincə, agentlik jurnalistlərlə dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələri arasındakı kommunikasiyanın daha ciddi təşkil edilməsində iştirak etməlidir:
“Əlbəttə ki, qurumun fəaliyyət proqramında jurnalistlərin peşəkarlığının artırılması qeyd olunub. Sadaladığım məsələlər öz həllini tapandan sonra maliyyə resurslarının artırılması üçün müəyyən dəstəklərin verilməsi, reklam bazarı ilə bağlı təkliflərin nəzərə alınması və.s problemlər tənzimlənəcək. Əslində qurumun səlahiyyətləri çox genişdir. İnanıram ki, ilk mərhələdə mediada səliqə-sahman yaradılacaq, bundan sonra digər məsələlərlə məşğul olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat