"Medianın İnkişafı Agentliyi jurnalistikamızın inkişafında yeni nəfəs olacaq” - Qulu Məhərrəmli
Banuçiçək Kalbalıyeva
17:07 12.01.2021
Media
1220
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Beləliklə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Dövlət başçısının sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında fərmanın əhəmiyyətini yüksək qiymətləndirib:
"Fərman Azərbaycanda medianın inkişafının, KİV-lərin informasiya məkanına inteqrasiyasının, habelə onun cəmiyyəti ifadə etməsinin strateji hədəflərdən biri olduğunu göstərir. Müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasında və medianın simasının formalaşmasında KİV- in ayrı- ayrı qollarının mühüm əhəmiyyəti var. Əlbəttə, peşəkar, bütün prinsiplərə uyğun fəaliyyət göstərmək üçün həm dövlət qayğısı lazımdır, həm də İKT-nin səmərəli tətbiqi. Azərbaycan mediasının təxminən 150 yaşı var. Bu dövrdə jurnalistikamız müxtəlif keşməkeşli yolları geridə qoyub. İndi müstəqil Azərbaycanın səsi olmaq üçün ciddi addımlara ehtiyac var. Media sahəsindəki indiyəqədərki təşkilatlar, o cümlədən Mətbuat Şurası ictimai xarakterli idi.
Bu mərkəz isə birbaşa Prezident Fərmanı ilə yaradılıb. Fikrimcə, jurnalistikamızın inkişafı istiqamətində yeni nəfəs olacaq. Azərbaycan mediasını layiq olduğu məqama yüksəldəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə