“Medianın İnkişafı Agentliyindən gözləntilərimiz böyükdür” – Rauf Arifoğlu
Fidan Həmişəyeva
13:17 13.01.2021
Media
749
“Prezidentin fərmanı ilə Agentliyin yaradılması bu sahədə islahatlara ehtiyacdan irəli gəldi”
“Bununla da Azərbaycanda media sektorunda radikal islahatlara start verilmiş oldu”
“Azərbaycan informasiya və ideoloji planda dünya standartlarına uyğun media vahidlərini əldə etməlidir”
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradılıb.
Həmçinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Nizamnaməyə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Ölkə başçısının sərəncamı ilə Əhməd İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Yeni qurumun əhəmiyyəti barədə “Sherg.az”a danışan "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanın media sektorunda islahatlara ehtiyac var idi:
“Hakimiyyətin müxtəlif qollarında istər sturuktur, istər kadr, istərsə də məzmunca islahatlar aparılıb. Azərbaycan mediasında yeni dövrün çağırışlarına cavab verməyən sahələr var. Məsələn, reklam bazarı yoxdur. Mətbuatın bir sıra seqmentlərində çatışmazlıqlar mövcuddur. Bu, internet mediasına da aiddir. “Reket” jurnalistika ilə mübarizə, dövlət və cəmiyyət, dövlət və media arasında münasibətlərin tənzimlənməsi məsələləri də vacibdir. Hesab edirəm ki, bu məqamlarla bağlı ciddi islahatlar aparılmalıdır. Prezidentin fərmanı ilə Agentliyin yaradılması həmin islahatlara ehtiyacdan irəli gəldi. Bununla da Azərbaycanda media sektorunda radikal islahatlara start verilmiş oldu. Bu sahədə gözləntilərimiz böyükdür”.
R.Arifoğlunun qənaətincə, Azərbaycan informasiya və ideoloji planda dünya standartlarına uyğun media vahidlərini əldə etməlidir:
“Çünki istər dünən, istər bu gün, istərsə də sabahımızda Azərbaycanla düşmən olan güc və dövlətlərlə informasiya müharibəsi aparmaq məcburiyyətindəyik. Necə ki, ölkəmizdə hərbi sektor yeniləndi və yeni silahlarla təchiz olundu, eyni zamanda informasiya sahəsi və bu işi həyata keçirən qurumlar da yenilənməlidir. Bu baxımdan Agentliyimizdən gözləntilərimiz yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat