"Mətbuatı müvəqqəti layihələrlə ancaq müvəqqəti böhranlardan çıxarmaq olar"
Turan
04:15 10.02.2021
Media
908
"Baş redaktor bildirib ki, mətbuat nümayəndələrinin müstəqilliyi media sahəsini tənzimləməyin ən effektiv, uzunömürlü və davamlı yoludur"
"Deputatın narahatlığından başa düşmək olur ki, layihədə müsbət və effektiv təkliflər öz əksini tapıb"
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc media sahəsindəki mövcud problemlərdən danışıb. Deputat “media lantşaft”ı layihəsinin hazırlandığını və dövlət rəhbərliyinə təqdim edildiyini söyləyib. STM sədri vurğulayıb ki, mediada reklam bazarının zəif olması, kadr korpusunun başqa sahələrə keçməsi, ixtisaslaşmanın aparılmaması və digər problemlər hamını narahat edir. Parlament üzvü 2021-ci ilin iş planında KİV-lərə əsas yer ayırdıqlarını deyib.
Millət vəkili mətbuatı zəif olan ölkənin özünü güclü saya bilmədiyini vurğulayıb: “Vətən müharibəsində gördük ki, Ali Baş Komandan informasiya savaşını 3 dildə əsas beynəlxalq auditoriyalarda və platformalarda şəxsən özü apardı. Dövlət başçımızın dünyanın fərqli teleradio kanallarına verdiyi ardıcıl, məqsədyönlü, sistemli müsahibələrilə informasiya savaşını qazana bildik. Keçmişdə bizdə tez-tez “media kapitanları” sözü işlədilirdi. O vaxt deyirdim ki, bizə informasiya müharibəsini aparmaq üçün “media generalları” lazımdır. Müharibənin gedişində hərbi reportyorlarımızın canlı döyüş səhnələrini dünyaya yaymasını, fotoqrafların və jurnalistlərin, salnaməçilərin öndə olmasını təklif edirdik. Nə yaxşı, müstəqil qələm adamlarımız o boşluğu doldurdular”. Z.Oruc bəyan edib ki, STM medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramların, təlimlərin, təcrübə mübadilələrinin həyata keçirilməsini təklif edir: “Bu addımları ata bilsək, 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diktəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər”.
Ölkə mətbuatının müasir çağırışlar qarşısında olması reallığı mütəmadi gündəmə gətirilir və peşəkarlar tərəfindən müxtəlif təkliflər səsləndirilir. Lakin hesab edilir ki, medianın arzulanan yeni mərhələyə problemsiz adaptasiyası üçün vahid konsepsiya, xüsusi proqram hazırlanmalıdır.
“Lent.az” saytının baş redaktoru, Əməkdar jurnalist Qabil Abbasoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, mətbuatı düşdüyü vəziyyətdən çıxarmaq üçün deputat Zahid Orucun “müstəqil qələm adamları” ifadəsinin üzərində dayanmaq lazımdır. Baş redaktor bildirib ki, mətbuat nümayəndələrinin müstəqilliyi media sahəsini tənzimləməyin ən effektiv, uzunömürlü və davamlı yoludur:
“Mətbuatı müvəqqəti layihələrlə ancaq müvəqqəti böhranlardan çıxartmaq olar. Dövlətin bu sahədə görə biləcəyi iş mətbuatın iqtisadi azadlığının təmin olunması, çap mətbuatında yayım sektorunun fəaliyyətinin optimallaşdırılması və bütövlükdə xəbər siyasətinin, yaradıcılığın çərçivəsinin genişləndirilməsidir. Jurnalistlərin fəaliyyət azadlığı qanunvericiliyə uyğun maksimum təmin olunmalıdır. Əgər bunlar öz həllini taparsa, medianın böhranlı mərhələsini adlamaq mümkündür. Hörmətli Zahid Orucun və məsələ ilə bağlı pozitiv fikir bəyan edən, narahatlığını bildirən dövlət məmurlarının fikirlərini bölüşürəm. Onların belə düşüncədə olması xoşdur”.
Q.Abbasoğlu hesab edir ki, çıxış yolu mətbuatın funksiyasına və statusuna münasibətimizin kökündən dəyişməsidir:
“Millət vəkilinin nostalgiya ilə xatırladığı 1990-cı illərin qaynar mətbuat mühitində çərçivələr qoyulmamışdı, yaxud çox geniş çərçivələr var idi. Əgər mətbuatın indiki durumunu senzuranın olduğu 90-cı illərlə müqayisə ediriksə, deməli, daha çox müdaxiləyə ehtiyac var. Hər halda ümid edirəm ki, STM-nin dövlət başçısına təqdim etdiyi media layihəsi konstruktiv yanaşma olacaq.
Deputatın narahatlığından başa düşmək olur ki, layihədə müsbət və effektiv təkliflər öz əksini tapıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya