Müharibə bitib, informasiya savaşı davam edir
07:39 29.12.2020
Media
1578
Daha güclü olmaq və haqq səsimizi dünyaya çatdırmaq üçün xarici mətbuatla əlaqələrimizi gücləndirməliyik"Vətən müharibəsi dönəmində bir çox xarici KİV-lər erməni lobbisinin təsir dairəsində idilər. Bu məqsədlə də onlar Azərbaycana qarşı qara piar həyata keçirirdilər".
Bu barədə "Sherg.az"a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, bir çox xarici media quruluşları faktları təhrif etməklə, dünyanın ictimai rəyini dəfələrlə çaşdırmağa çalışdılar:
"Dünyanın bir çox ölkəsində erməni lobbisi təsiri nəticəsində təəssüflə qeyd etməliyik ki, kütləvi informasiya vasitələri onlara xidmət edir. Amma bu müharibə dövründə bütün bunlara baxmayaraq, ötən illərlə müqayisədə Azərbaycan ictimaiyyəti əvvəlki dövrlərə baxanda daha aktivlik nümayiş etdirdi. Sevindirici haldır ki, xüsusilə gənclərimiz xarici KİV-lərlə yaxşı əməkdaşlıq qurdular və Azərbaycanın haqlı davasını müdafiə edən məqalələr dərc etdirdilər. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu proseslərdə cəbhə xəttində olduğu kimi informasiya müharibəsindəki blokadanı Cənab Prezident İlham Əliyev özü dağıtdı. Dünyanın böyük mediaları Azərbaycana qarşı qara piar kampaniyasına başlasalar da, Prezidentin müsahibələrindən sonra Azərbaycana qarşı olan bəzi KİV-lər neytral qalmağa çalışdılar”.
F.Şahbazlı əlavə edib ki, əlbəttə ki, gənclər də prezidentin bu çıxışlarını yol xəritəsi kimi istifadə etdilər və onlar sosial şəbəkələrdə çox aktiv rol aldılar:
“Baxmayaraq ki, siyasi proseslərin daha çox müzakirə olunduğu “Twitter” seqmentində bizim gənclərimiz təzə idilər. Düzdür, illərdir ki, bizim gənclər “Facebook”da aktiv olsalar da, Cənab Prezidentin çıxışları sayəsində gənclərimiz orada qısa müddətdə həqiqətən də böyük uğur əldə elədilər. Sosial platformalar da azərbaycanlılar və ermənilər üçün mübarizə meydanına çevrilmişdi. Bir həftə ərzində 20 milyon dəfə #WeWillWin, #DontBelieveArmenia və #StopAzerbaijanAggression həştəqlərindən istifadə olunmuşdur.
Bu həştəqlər dünya gündəminə düşdü. Bir çox ölkələrin tanınmış siyasətçiləri, bəzi hallarda bilmədiklərindən təhrif olunmuş münaqişəli məqalələr yazırdılar. Belə demək mümkündürsə, gənclərimiz bir çox tanınmış şəxslərin əsl həqiqəti bilməsini təmin etdi. Təbii ki, bəzi hallarda gənclərimiz sayəsində onların yazılarında düzəliş etmələrinin də şahidi olduq. Hesab edirəm ki, informasiya müharibəsində gənclərimiz güclü çıxdı.
Amma əlbəttə bu, yetərli deyil. Bilirsiniz ki, düşmənin nə cəbhədə, nə də informasiya savaşında təxribatları bitmir. Düşmən müxtəlif platformalarda Azərbaycanın qələbəsini həzm edə bilmədiyi üçün qarayaxma kampaniyası aparır. Belə şəraitdə bizim üzərimizə böyük iş düşür. Biz bundan sonra xarici KİV-lərlə əlaqələri genişləndirməli, o cümlədən xarici mətbuatdakı jurnalist dostlarımızın sayını artırmalıyıq və onlarla yaxından əməkdaşlıq qurulmalıdır. Onlar Azərbaycana səfər olunmalıdırlar.
Burada da şübhəsiz ki, ictimai təşkilatların jurnalistlərinin üzərinə böyük məsuliyyət düşür, eyni zamanda bu təşəbbüsləri dəstəkləməlidir. Sosial şəbəkələrdə aktiv peşəkar istifadə zərurət halına gəlməlidir, daha akademik yanaşma tələb olunmalıdır. Artıq biz orada müasir alətlərdən istifadə edərək geniş şəkildə faydalanmalıyıq. Bilirsiniz ki, dünya informasiya müharibəsi əsridir.
Bu gün müasir dünya müharibələri yalnız cəbhədə deyil, eyni zamanda informasiya müstəvisi zəminində də gedir. Ona görə də xarici KİV-lərlə geniş şəkildə əməkdaşlıq qurulmalıdır. Çünki qarşıda bizi böyük mərhələ gözləyir. Gənclərimiz də bu mərhələyə uyğun tam hazırlaşmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya