"Nədənsə ancaq AzTV-nin adı hallanır"
Məlahət Rzayeva
07:55 10.07.2020
Media
1423
Nərgiz Rəfiyeva: "Digər telekanalların əməkdaşları arasında da koronavirusa yoluxma faktları mövcuddur"
Dövlət televizisiyası bütün əməkdaşlarına qayğıyla yanaşır. Xəstələnən əməkdaşlarımız üçün də əlimizdən gələni etmişik. Heç bir əməkdaşımıza laqeyd qalmamışıq. Media elə bir sahədir ki, burada hamı yoluxma riski altındadır
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 2 əməkdaşı – Rövşən Binnətli və Fikrət Adıgözəlov hazırda müalicə olunur. 6 əməkdaşın müalicəsi isə artıq başa çatıb. Bu barədə “Şərq”ə Az.TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verdi. N.Rəfiyeva bildirdi ki, digər telekanalların əməkdaşları arasında da koronavirusa yoluxma faktları mövcuddur, lakin nədənsə, Az.TV-nin adı daha çox hallanır:
- Biz başa düşürük ki, Azərbaycan Televiziyası böyük bir qurumdur və daha artıq diqqət mərkəzindədir. Lakin bəzən informasiyaların məzmunu elə tərtib edilir, sanki biz əməkdaşlarımıza sahib çıxmırıq, guya, əməkdaşlarımız işdə virusa yoluxublar. Axı bu necə müəyyən edilə bilər ki, yoluxma halı məhz iş yerində baş verib? Yoluxmanın mənbəyini tapmaq çətindir. Bu əməkdaşların ailələri, dostları, ünsiyyətdə olduqları adamlar var. Belə münasibət əlbəttə, bizi incidir. Dövlət televizisiyası bütün əməkdaşlarına qayğıyla yanaşır. Xəstələnən əməkdaşlarımız üçün də əlimizdən gələni etmişik. Heç bir əməkdaşımıza laqeyd qalmamışıq. Media elə bir sahədir ki, burada hamı yoluxma riski altındadır. Çünki media hadisələrin içində, tam ortasındadır. Reportaj hazırlamaq, informasiya əldə etmək, onu hazırlayıb efirə vermək, bunlar hamısı əmək tələb edən işdir. Biz əməkdaşların sayını minimuma endirmişik. Əməkdaşların sayını 30 faizdən aşağı salmışıq. Bir sıra şöbələrin, departamentlərin əməkdaşları demək olar, bütünlüklə məzuniyyətə göndərilib. Yay mövsümüdür, yeni verilişlər yoxdur deyə, çətinlik o qədər də hiss olunmur. Gündəlik işə cəlb olunanlar zəruri sahələrin əməkdaşlarıdır. Şirkət daxilində dezinfeksiya işləri, profilaktik tədbirlər daim aparılır. Narahatlığımız hazırda müalicə olunan 2 əməkdaşımızla bağlıdır. Onların da vəziyyəti qənaətbəxşdir. İnanırıq ki, tezliklə sağalacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
17:45 08.06.2026
Gündəm
Yaxın Şərqdə həlledici toqquşma hələ qarşıdadır - TƏHLİL
17:22 08.06.2026
Gündəm