Nəsir İmanquliyev anıldı - FOTOLAR
Yusif Sultanoğlu
13:00 05.03.2021
Media
851
Bu gün media nümayəndələri əməkdar jurnalist və mədəniyyət işçisi, elmi-ictimai xadim Nəsir İmanquliyevi ziyarət ediblər. Onların sırasında Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat fondunun rəhbəri Umud Mirzəyev, MŞ-in sədr müavini Müşfiq Ələsgərli, “Xalq” qəzetinin məsul redaktoru Tahir Aydınoğlu da yer alıb.
Ə.Amaşov Nəsir İmanquliyevin məzarı başında çıxış edib. Və deyib ki, Nəsir müəllim hələ tələbəlik illərində “Kominist”, “Yeni Yol” və “ Gənc işçi” qəzetlərində çalışıb:
“Müharibə zamanı “Döyüşən Kırım “ qəzetinin məsul katibi olub. SSSR-də ilk qəzetlərdən sayılan “Bakı” və “Baku”nun yaradılmasında yaxından iştirak edib. Uzun müddət hər iki qəzetin baş redaktoru kimi fəaliyyət göstərib. Nəsir müəllim hər birimizin yaddaşında nümunəvi həyat yolu ilə qalıb və ideala çevrilib. O, sözün əsl mənasında ziyalı idi.
1939-cu ildə Mərkəzi Komitə erməni və gürcü dilinə müəyyən güzəştlərin qəbul olunması ilə bağlı qərar qəbul etdi. Lakin Azərbaycan dilinə güzəştlər yox idi. O zaman ziyalılarımız çox narahat oldular. Buna görə Moskva “Yeni yol” qəzetini bağladı. Nəsir müəllim də o zaman “ Yeni yol”da çalışırdı.
O, etiraz olaraq Azərbaycan rəhbərliyinə məktub göndərdi və şəxsən bunu Azərbaycan dilinə basqı kimi dəyərləndirdi. Repressiya dönəmində Nəsir müəllim belə cürətli addım atdı. Ruhu şad olsun, onun xatirəsi bizim üçün əbədidir. Nəsir müəllim bizim üçün kişilik və ziyalılıq məktəbidir”.
Professor C.Məmmədli isə Nəsir İmanquliyevin onun müəllimi olduğunu söyləyib:
“Jurnalistika fakültəsində bizim xoşbəxtliyimiz Nəsir müəllimdən dərs almaq idi. O, həm nəzəri, həm də praktiki cəhətdən bizi ovcunda saxlayardı. İstedadlı tələbələri “Bakı“ qəzetində işə dəvət edirdi.
Nəsir müəllim fakülətimizin brendi idi. İki müəllimim var: Şirməmməd Hüseynov və Nəsir İmanquliyev. Onlar bizə daim qayğı göstəriblər. Ruhları şad olsun”.
Digər mətbuat nümayəndələri də Nəsir İmanquliyev haqqında danışıblar və onun ruhuna dualar oxuyublar.
Ziyalılar, həmçinin görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovu da ziyarət ediblər.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm