Çap mediası sahəsində problemlər tək bununla bitmir. Oxucular arasında mətbuata inamın azalması, maddi çətinliklər, informasiya almaq üçün sosial şəbəkələrə üstünlüklərin verilməsi burada əsas rol oynayır. Bölgə əhalisinin qəzet oxumağa az maraq göstərməsi və rayonlarda qəzet satışının təşkil edilməməsi yenə də mətbuatın ağrılı problemlərindən biri olaraq qalır.
Oxucuları yenidən qəzetlərə qaytarmaq mümkündür
21:29 28.01.2021
Media
993
İlk növbədə köşklərlə bağlı ciddi islahatlar aparılmalıdır
Çap mediasını dirçəltmək üçün redaksiyalar özləri də bir sorğu keçirməlidir
Son illərdə Azərbaycanda çap mediasının üzləşdiyi ən böyük problemlərdən biri yayım siyasəti və satış məsələsidir. Küçə satışının yığışdırılması, qəzet köşklərinin sayının azaldılması, mövcud köşklərdə isə qəzetlərin satışının düzgün təşkil olunmaması baş redaktorlar tərəfindən dəfələrlə vurğulansa da, problemlər hələ də qalmaqdadır.
Çap mediası sahəsində problemlər tək bununla bitmir. Oxucular arasında mətbuata inamın azalması, maddi çətinliklər, informasiya almaq üçün sosial şəbəkələrə üstünlüklərin verilməsi burada əsas rol oynayır. Bölgə əhalisinin qəzet oxumağa az maraq göstərməsi və rayonlarda qəzet satışının təşkil edilməməsi yenə də mətbuatın ağrılı problemlərindən biri olaraq qalır.
Bir tərəfdən işsizlik, digər yandan isə büdcədən maaş alanların məvaciblərinin aşağı səviyyədə olması mətbuata olan tələbata sarsıdıcı zərbə vurmaqdadır. Paytaxtda quraşdırıldığı ilk vaxtlarda qəzet-jurnal satışı məntəqələri kimi təqdim olunan köşklər indi min cür xırdavat, tütün məmulatları və başqa gündəlik tələbat mallarının satıldığı yerə çevrilib.
Bəs, qəzetlərin satışını yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır? "Kiosk-press"lərdə yayımı necə optimallaşdırmaq mümkündür?
Mövzu ilə bağlı "Şərq"in suallarını cavablandıran vaxtı ilə qəzetlərin yayım siyasətini quran, indi isə "Sağlamlıq" jurnalının baş redaktoru olan Qüdrət Hüseynov köşklərdə xoşagəlməz halların mövcud olduğunu vurğulayıb. O, təəssüf hissi ilə qeyd edib ki, bu günləri köşklərdə qəzetlərin düzülüşü heç düzgün formada deyil:
"İlk növbədə köşklərdə qəzetlər üçün normal yerlər ayrılmalıdır. Təəssüf ki, qəzetlər bu günləri köşklərin künclərində asılır. Hətta müşahidə etmişəm ki, bir həftə ərzində qəzetlərin yerləri dəyişdirilmir. Buna görə də, hesab edirəm ki, ilk növbədə köşklərlə bağlı islahatlar aparılmalıdır. Bu yolla müəyyən qədər qəzetləri böhrandan xilas etmək olar".
Q.Hüseynov əlavə edib ki, bu gün informasiya bol olduğundan insanlar seçim imkanına malikdirlər:
"Düşünürəm ki, qəzetlər oxucuların istəyini nəzərə almalıdır. Yəni indi 90-cı illər deyil ki, qəzetlər istədiyi bir şeyi yazsın və oxucu da onu alsın. Bu gün o qədər informasiya bolluğudur ki, dünyada oxucu seçim edir. Köhnə oxucuları qəzetlər özlərinə qaytarmaq üçün düşünürəm ki, sorğu keçirməlidir. Onlar oxucuları maraqlandıran məsələlərə toxunmalıdırlar. "Oxucu nə istəyir ki, biz onu verə bilmirik? Onları nə maraqlandırır? Nələrin getməsini istəyirlər?" və s. İlk növbədə qəzetlərdə araşdırma yazılara daha çox üstünlük verilməlidir. Düşünürəm ki, bəlkə bundan sonra bu sahədə hansısa müsbət nəticələr əldə edilə bilər".
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm