Qəhrəman jurnalistin doğum günüdür: Salatın yolu ! - VİDEO
13:30 16.12.2020
Media
833
O, vətənin dar məqamında döyüşlərin ən qızğın olduğu yerə, cəbhə bölgəsinə yollanıb
Ailəsi və iş yoldaşları dəfələrlə ondan nigaran qaldığı üçün Salatının cəbhəyə getməsinin qarşısını almaq istəyirdilər
Lakin o xalqı belə bir zamanda məlumatsız qoymamaq üçün birbaşa döyüş bölgəsinə yola düşür
Bu gün onun anadan olduğu gündür. Azərbaycanın ilk şəhid qadın jurnalisti olan Salatın Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi başa vurduqdan sonra elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və təhsilini geofizika ixtisası üzrə davam etdirib.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Jurnalist ixtisasına olan sevgisi onun yolunu bu peşədən salıb. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb.
O, vətənin dar məqamında döyüşlərin ən qızğın olduğu yerə, cəbhə bölgəsinə yollanıb. Ailəsi və iş yoldaşları dəfələrlə ondan nigaran qaldığı üçün Salatının cəbhəyə getməsinin qarşısını almaq istəyirdilər.
Lakin o bütün bunlara baxmayaraq öz peşəsinin layiqli şəkildə davam etdirir. Xalqı belə bir zamanda məlumatsız qoymamaq üçün birbaşa döyüş bölgəsinə yola düşür.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən “Omonçular” olub.
Vətənin igid qızı olan Salatın 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında düşmən gülləsinə tuş gəlib. 1992-ci il noyabrın 6-da Salatın Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib və Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin !
AYTAC ALİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə