Rusiya mediası anti-Azərbaycan təbliğatı aparır
Turan
08:59 13.10.2020
Media
975
Əfsələddin Ağalarov: "Prezidentin “RBK” kanalına söylədiyi fikirlər tamamilə hədəfə uyğun idi"
Prezident İlham Əliyev Rusiyanın “RBK” televiziya kanalına müsahibəsində Rusiya efir məkanında Azərbaycan əleyhinə qərəzli proqramların yayımlanmasına etirazını bildirib və bunu birbaşa ölkə rəhbəri Putinə dediyini qeyd edib. Dövlət başçısı açıq şəkildə diqqətə çatdırıb ki, rus televiziya kanallarının ölkəmizə qarşı təbliğatı Rusiyanın nüfuzuna xələl yetirməklə yanaşı, həm də Azərbaycandakı münasibətə təsir göstərir:
“Açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır.
Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam”. Ölkə rəhbəri vurğulayıb ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər:
“Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürəm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək”.
Prezidentin rus mediası ilə bağlı iradını “Şərq”ə təhlil edən “Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov deyib ki, Rusiya qonşu və tərəfdaş dövlət olmasına baxmayaraq, rus mətbuatında Azərbaycan əleyhinə geniş əks-təbliğat işləri aparılır. Onun sözlərinə görə, müxtəlif tok-şoulara ekspertlər dəvət olunur və orada birmənalı mövqe sərgilənir. Azərbaycanın yanaşması tamamilə kənara buraxılır:
“Verilişlərdə əsasən ermənilər müdafiə olunur və işğal altındakı torpaqlarımızla bağlı uydurma fikirlər səsləndirilir. Bir növ separatçılığa dəstək verilir. Təbii ki, bu, narahatedici məqamdır. Təkcə Rusiya televiziyaları deyil, rus blogerlər də sosial şəbəkələrdə informasiya savaşına ermənilər tərəfdən qoşulur, dezinformasiya yayırlar. Məsələn, “Telegram” sosial şəbəkəsində Semyon Peqov adlı rusiyalı jurnalist “WAR GONZO” adlı kanalında çox təhlükəli, qeyri-obyektiv informasiyalar tirajlayır. “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Kost “Kostnwes” adlı “Telegram” səhifəsində dezinformasiya yayır”.
Ə.Ağalarov təəssüflə qeyd edib ki, hər zaman Moskvanın obyektiv olmayan siyasətinin şahidi oluruq və bu yanaşma media siyasətində də özünü göstərir:
“Prezidentin “RBK” kanalına söylədiyi fikirlər tamamilə hədəfə uyğun idi. Artıq bizim də sosial şəbəkələrdə çox aktiv qruplarımız var, informasiya savaşında öz gücümüzü göstərə bilirik.
Döyüşlər gedən anda media siyasətimizi qüsursuz təşkil etdik və düşmənin informasiya siyasətini tamamilə alt-üst etdik. Bütün anti-təbliğata baxmayaraq, beynəlxalq aləm Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. Yüngül araşdırma aparan hər kəs Qarabağın Azərbaycana məxsus olduğunu görür.
Ümid etmək istərdik ki, Rusiya televiziya kanalları da haqlı iradlarımızı nəzərə alacaq və obyektiv mövqeyə əsaslanan tərəfsiz proqramlar hazırlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media