SORĞU ! - Gündəlik informasiyaları hansı mənbələrdən alırsınız? – “Sosial şəbəkələr yalan “üfürür”
Aynur Babazadə
09:39 10.07.2020
Media
1779
Bizi əhatə edən aləm müxtəlif obrazlarla, səslərlə doludur və onların hər biri informasiya mənbəyidir. Müasir dövrdə informasiya bizə lazım olandan “qat-qat” çoxdur. Bir sözlə, bol məlumat burulğanı yaşanır. Dəqiq informasiya ən vacib və təsirli silahdır. Bu silahdan düzgün istifadə edənlər, məlumatı kapitala çevirə bilənlər maddi, siyasi, hərbi, iqtisadi, sosial cəhətdən uğur qazana bilirlər.
O dalğada başlarını itirənlər isə dezinformasiyaya uyub təşviş yaşayırlar. Bu məqamda isə məlumatın hansı mənbədən alınması məsələsi gündəmə gəlir,
“Sherg.az” olaraq əhalinin müxtəlif təbəqələri arasında “İnformasiyaları hansı media vasitələrindən alırsınız?” sualı ilə sorğu keçirdik.
Meteorologiya şöbəsinin müdiri Məzahir Əzimov:
“İnformasiyaları əldə etmək üçün daha çox işlədiyim Milli Aerokosmik Agentliyinin Xəbərlər elmi jurnalında dərc olunan yazılara, maraqlı bədii əsərlərə müraciət edirəm. Dünyada baş vermiş hadisələr haqqında məlumatları televiziyadan, bəzən internetdən əldə edirəm”.
Nitq təlimçisi Zeynəb Mirzəyeva:
“Qloballaşma dövründə bu gün insanlar məlumatları daha çox internet resursları vasitəsi ilə əldə edirlər. Burada istər veb-saytların, xəbər portallarının, istərsə də sosial şəbəkələrin adlarını çəkmək olar. Lakin informasiya bolluğunda dəqiq və qərəzsiz informasiyalardan yararlanmaq bir qədər çətinləşib. Burada əsas məsələ təhrif edilmiş, yaxud da sensasion informasiyaların yayımlanmasıdır. Bunun üçünsə 3-4 və daha çox mənbədən istifadə etməklə informasiyanın dəqiqliyini yoxlamağa məcbur oluruq”.
Jurnalist Sevinc Quliyeva:
“İnformasiyanı sosial şəbəkələrdən və televiziyadan alıram. Qəzetlərdən də istifadə etməyə çalışıram. Orada verilən məlumatları, xəbərləri oxuyub informasiya əldə edirəm. Amma informasiyaları əldə etmək üçün ən çox televiziyaya üstünlük verirəm”.
Paytaxt sakini Aytac Ocaqverdiyeva:
“İ nformasiyanı daha çox sosial şəbəkələrdən almağa üstünlük verirəm. Çünki ümumi olaraq qısaldılmış baş xəbərlər və əsas olaraq məzmun mənim üçün üstünlük təşkil edir. Bəzən elə olur ki,saytlarda xəbərlərlə bağlı axtarış edirəm və məlumatların uzun olması məni xəbəri oxumaqdan uzaqlaşdırır. Amma elə hallar da olur ki,sosial şəbəkələr cəmiyyətə yalan “üfürür”. Bu zaman ev şəraitində olduğumuz müddətdə informasiyaları televiziyadan almağa çalışırıq”.
Tələbə Fidan Məmmədli:
“Azərbaycanla bağlı informasıyaları, xəbərləri “Facebook” səhifəmdən izləyirəm. Dünya mətbuatında əsas olaraq, xarici ölkələrdə baş vermiş hadisələrlə bağlı məlumatları isə “Twitter” də izlədiyim xəbər səhifələrindən əldə edirəm”.
Paytaxt sakini Kamal Hüseynli:
“Nəzərə alsaq ki, zaman su kimi axıb gedir və gənclər bu zamanını hər saniyəsini oğurlamağa, ən tez və əhatəli vasitə ilə informasiyanı əldə etməyə çalışırlar. Məsələn, əvvəllər xəbərlərin xüsusi buraxılışını gözləyirdiksə, indi buna ehtiyac yoxdur. Saytlar və sosial şəbəkələrin köməyilə baş vermiş hadisələrdən xəbərdar olmaq mümkündür. Hazırda gənclərin 90 faizi sosial şəbəkələrdən istifadə edir. Düşünürəm ki, informasiya ən tez və ən rahat şəkildə sosial şəbəkələrdən əldə edilir. Mən və ətrafım xəbərləri “Telegram” qruplarından əldə edirik”.
Oxşar xəbərlər
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - YENİLƏNİB
19:58 12.07.2026
Azər Niftiyev: Şuşa Qlobal Media Forumu həqiqətin beynəlxalq platformasına çevrilib
18:14 12.07.2026
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə