Təklif: “Şuşada, Ağdamda televiziya kanalı yaradılmalıdır”
Banuçiçək Kalbalıyeva
12:19 09.02.2021
Media
607
Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə fevralın 10-dan martın 12-dək müsabiqə elan edilib. Bu barədə Milli Televiziya və Radio Şurasının iclasında qərar qəbul olunub.
Əlbəttə, sözügedən təşəbbüs regionda həyatın bərpa olunduğunun növbəti göstəricidir.
Media eksperti Zeynal Məmmədli bu barədə “Sherg.az”a danışarkən məsələnin əhəmiyyətini xüsusi qeyd etdi:
“Etiraf etməliyik ki, ölkədə media daha çox Bakıda cəmlənib. Regionlarda isə ən yaxşı halda bir kanal var. Ona görə də Qarabağda radio kanalının açılması çox sevindiricidir.
Hətta, fikrimcə, Şuşada, Ağdamda televiziya kanalı da yaradılmalıdır. Düzdür, auditoriyanın kim olacağı sual altındadır. Çünki əhali işğaldan azad olunmuş torpaqlara hələ ki, köçməyib. Lakin bütün hallarda biz ancaq sevinə bilərik.
Belə bir addım həm də jurnalistlər üçün iş yeri deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya