Televiziyalarımızın Rusiya xofu... – Bu qorxunu kim və niyə yaradıb?
Fidan Həmişəyeva
09:48 17.12.2020
Media
910
“Bu şəxslər efirdə Rusiyanın adını çəkə bilmirsə, televiziyada nə işləri var?!”
“Efirdə olan şəxslər sovet şinelindən çıxan yox, daha müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edən insanlar olmalıdır”
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Feysbuk səhifəsində maraqlı məqama toxunub. Politoloq qeyd edib ki, Rusiya televiziyalarında Azərbaycana qarşı mənfi fikirlər səsləndirilir. Lakin eyni hala ölkəmizə məxsus televiziya kanallarında rast gəlmək mümkün deyil. Səbəb isə müəyyən basqılar, uzun illərdən bəri mövcud olan Rusiya xofudur:
“Əvvəlcədən Rusiyadan xoxan düzəltmək - efirdə bu ölkənin tənqidinə qadağa qoymaq lazım deyildi. Şimal qonşumuzun televiziya kanallarında Azərbaycan əleyhinə ağıllarına gələni danışırlar, Kremldən kimsə onlara və televiziya kanallarına “Azərbaycan siyasətini tənqid və təhqir etməyin, qonşumuzdur” demir. Bizdə isə “Rusiyanı qıcıqlandırmayaq” deyib tuturdular. Ancaq rusiyalı sülhməramlıların təxribatçı xəritəsindən sonra bu ölkənin tənqidinə icazə verilib. Bunun da müvəqqəti xarakter daşıdığını düşünürəm”.
Mövcud durumla bağlı “Sherg.az”a açıqlama verən siyasi analitik Turab Rzayev çox qəribə və acınacaqlı bir durumun mövcud olduğunu deyib.
Analitik qeyd edib ki, Rusiya barəsində inanılmaz dərəcədə qorxulu fikirlər yaradırlar:
“Beləliklə, ölkə ictimaiyyəti və dövlətin bəzi qurumları daimi şantaj olunur. Bəzi televiziya kanallarımıza baxanda görürük ki, köhnə nəslin nümayəndələri, sovet “şinel”indən çıxmış şəxslər müxtəlif fikir bildirirlər. Amma açıq-aydın danışıqdan söhbət gedə bilməz. Məsələn, deyirlər ki, “Ermənistanı dəstəkləyən, silahlandıran, maddi yardım ayıran ölkə”. Hansı ölkə? Bu nə deməkdir axı?!. Bu şəxslər efirdə Rusiyanın adını çəkə bilmirsə, televiziyada nə işləri var? Ümumiyyətlə, nə üçün belə ab-hava yaradılmalıdır? Niyə efirlərimizdə Rusiyanın adını çəkə bilmirlər? Hətta bir çox mətbu orqanlarda Azərbaycanın özünü tənqid etmək, ölkəmizlə bağlı neqativ halları qeyd etmək daha rahatdır. Elə insanlara şərait yaradılmalıdır ki, onlar efirə çıxanda, yazı yazıb, mətbuatda işıqlandıranda açıq-aydın ünvanı göstərə bilsinlər. Əks halda hansısa məqamlarda ictimai təpkinin göstərilməsi mümkün olmayacaq”.
T.Rzayev vurğulayıb ki, indiyə kimi ictimaiyyətimizdə “Rusiya güclüdür”, “Onun qabağında dayanmaq olmaz”, “Rusiya bizim dövlətə açıq təhdiddir” kimi fikirlər aşılanıb:
“Rusiya deyildiyi kimi bizə açıq təhdiddirsə, bizi şantaj edirsə, maraqlarımıza qarşı təhlükə kimi görünürsə, bunu açıq şəkildə söyləmək lazımdır. Belə olduğu halda ölkə rəhbərliyi gələcəkdə Rusiyaya mesaj verə bilir ki, mənim ictimaiyyətim filan məsələlərdən narazıdır. İctimaiyyət sıxılmamalıdır. Media nümayəndələri və efirdə olan şəxslər sovet şinelindən çıxan yox, daha müstəqil Azərbaycan dövlətçiliyinə xidmət edən insanlar olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi