Ümidimizi üzməmişik: “Qəzetlərin böhrandan çıxış yolu var”
Banuçiçək Kalbalıyeva
09:57 12.02.2021
Media
957
“Çap mətbuatı biznes strukturuna çevrilsəydi, bu cür olmazdı”
Deyirlər ki, ən yaxşı qəzetin belə, ömrü bircə gündür. Çünki informasiyalar daim yenilənir və bu günün xəbələri sabah heç kimə lazım olmur. Lakin qəzet bu gün əldən -ələ gəzməli, acgözlüklə oxunmalıdır. Təəssüf ki, belə deyil. Çap mətbuatına maraq tədricən arxa plana keçir. Hərçənd, nəzəriyyəçilər ən doğru və obyektiv informasiyanın məhz qəzetdə olduğunu israrla deyirlər. Deməli, qərəzsizlik, dəqiqlik, vicdanlılıq axtaran oxucu məhz qəzetə müraciət etməlidir. Elə isə vəziyyət niyə belədir?
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Əslində bu, bütün dünyada gedən prosesdir. Sadəcə bizdən fərqli olaraq ölkələrin çoxunda media biznes struktura çevrilib, reklam bazarı böyükdür. Ona görə də bizim kimi ciddi böhran yaşanmır. Ən böyük problemlərdən biri reklam bazarı ilə bağlıdır. İqtisadi cəhətdən bu qədər çox inkişaf etmiş ölkədə, təəssüf ki, ÜDM-nin 1 faizə qədəri reklam olur. Beləliklə, media hər il 150 milyon itirir. Əlbəttə, qəzetlər biznes strukturuna çevrilsəydi, bu cür olmazdı. Sadaladığım məqamlar nəzərə alınaraq 2008-ci ildə mətbuata dövlət dəstəyi konsepsiyası qəbul olundu. 2009-cu ildə KİV DF yaradıldı. İndi isə çap mətbuatını qoruyub saxlamaq məqsədilə Media Agentliyi fəaliyyət göstərir”.
R.Məcid qəzetçiliyin gələcək taleyinə optimist yanaşır:
“Mediaya göstərilən diqqət və qayğıya görə həmişə ölkə rəhbərliyinə təşəkkür etmişik. Bu gün əksər qəzetin həm də elektron forması mövduddur və bu, daha geniş auditoriyaya çatmağa kömək edir. Fikrimcə, indiki böhranlı vəziyyətdən çıxış yolu var. Hər halda hələ ümidimizi tam üzməmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə