Vətən Müharibəsi ilə bağlı portal hazırlanacaq
07:33 21.12.2020
Media
619
“Vətən Müharibəsi ilə bağlı portal hazırlanacaq”.
"Sherg.az" xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Eyvazlı öz feysbuk hesabında paylaşım edib.
O, bildirib ki, Vətən Müharibəsi tariximizin ən şanlı səhifələrindəndir:
“44 günün içində Azərbaycan XXI əsrin salnaməsini yazdı.
Bu şanlı tarixi bütöv şəkildə göstərmək üçün professional işlənmiş portala ehtiyac var.
Portalda Azərbaycan Prezidentinin xalqa müraciətləri, dünyanın ən öndə olan media qurumlarına verdiyi müsahibələr, şəhid və qazilərimizin hər birinin keçdiyi döyüş yolu, Gəncə, Tərtər, Bərdə və s. kimi qəhrəman şəhərlərin verdiyi mücadilə, diasporumuzun, diplomatiyamızın, QHT və media nümayəndələrimizin gördüyü işlər əks olunacaq.
Qısaca desəm, portala daxil olan şəxs 44 günlük Vətən Müharibəsinin bütün tərəfləri ilə tam tanış ola biləcək. Həm tarixi, həm xalqımızın qəhəramanlığının təcəssümü baxımından bu portal daim işlək olacaq.
Layihəyə dostumuz Rasim Mədəd rəhbərlik edəcək. Yaxın günlərdə əlaqə vasitələrini təqdim edəcəyik.
Bu işdə hər birinizin köməyinə ehtiyacımız olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm