““Vətəndaş jurnalistikası”nı qəbul etmirəm, çünki...”
Banuçiçək Kalbalıyeva
09:43 16.02.2021
Media
1115
Elçin Şıxlı: “...Jurnalistika peşədirsə, onda bu işlə peşəkar məşğul olmalıdır”
“Xəbərin ötürülməsində keyfiyyət yoxdursa, deməli, bu, jurnalistika yox, cinayətdir”
“İnformasiya keyfiyyətli və peşəkar olmalıdır. Əks halda mediada indiki kimi xaos yaranacaq”
“Vətəndaş jurnalistikası” anlayışı son vaxtlar mediada “ayaq açıb yeriyir”. Bu termini qəbul edənlər də var, etməyənlər də. Hərəsi özünə görə arqument sadalayır. Kimi “dünya dəyişir, İKT-in inkişafından geri qalmaq olmaz” deyir, kimi də dəyərlərə və ənənələrə sadiqliyini ifadə edir. Məsələn, jurnalist Anar Həsənovun məsələ ilə bağlı fikirləri belədir: “Xahiş edirəm “vətəndaş jurnalistikası” yazmayın, işlətməyin bu yanaşmanı. Küçə və tin uşaqlarının fəallığını 4 və bəzən 6, 9 il jurnalistika təhsili olanlara bərabər tutmayaq. Vətəndaş tarixşünaslığı, tibbi, fizikası olmadığı kimi jurnalistikası da yoxdur. “Mediafəal” deyin elələrinə”.
Elə isə niyə, az qala, bütün media ədəbiyyatlarında bu terminə rast gəlirik? Niyə onun xüsusiyyətlərini öyrənirik?
Bu barədə “Sherg.az”a danışan “Ayna- Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı məsələyə belə münasibət bildirdi:
“Düzdür, “Vətəndaş jurnlistikası” termini var. Hətta Qərbdə də vətəndaş jurnalistikasına xeyli yer verirlər. Lakin mən qəbul etmirəm. Əgər jurnalistika peşədirsə, onda bu işlə peşəkar məşğul olmalıdır. Yox, əgər, peşə deyilsə, adını nə istəyirsiniz qoyun. Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin informasiya almaq, axtarmaq, yaymaq hüququ təsbit edilib. Amma bu, o demək deyil ki, hər kəs öz hüququndan düzgün istifadə edir. Ən ciddi məsələ xəbəri yaymaqdır. Peşəkar jurnalist informasiyanı tirajlayanda bunun səbəbini də izah edir. Siz dediyiniz vətəndaş jurnalistlər isə bu və ya digər məlumatı niyə ictimailəşdirdiklərini, onun cəmiyyətə nə verdiyini çox vaxt izah etmirlər. Ya da bunu sadəcə bacarmırlar. Nəticədə yayılan kiçik bir informasiya cəmiyyətdə ciddi ajiotaj yarada bilir”.
E.Şıxlı, həmçinin peşəkarlığa verilən tələblərə də toxundu:
“Sözsüz ki, biz keyfiyyətli jurnalistikadan danışırıq. Xəbərin ötürülməsində keyfiyyət yoxdursa, deməli, bu, jurnalistika yox, cinayətdir. Məlumat ən azı iki mənbədən dəqiqləşməli və mütləq məsələyə dair bütün tərəflərin mövqeyi öyrənilməli, göstərilməlidir. Mətbuatda “saxta xəbərlərə” yer olmamalıdır. Həmişə informasiyanın məhdudlaşdırılmasının əleyhinə olmuşam. Fəqət, xəbər keyfiyyətli və peşəkar olmalıdır. Əks halda mediada indiki kimi xaos yaranacaq və hər yerindən duran özünü jurnalist elan edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya