Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir"
11:09 06.09.2020
Müsahibə
2300
“Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla yanaşı yeni ərazilər ələ keçirmək iddiasındadır. Buna görə də, Azərbaycanı müharibə ilə hədələyir və cəbhənin müxəlif istiqamətlərində təxribatlar törədirlər. İyul hadisələri də bunu göstərdi ki, Ermənistan sakitləşmək, habelə torpaqlarımızdan da çıxmaq niyyəti yoxdur. Bütün dünya da birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul edir. Amma Ermənistan kimə arxalanır bilinmir? Azərbaycan da bu məqsədlə erməni təxribatlarına son qoymaq üçün mütləq şəkildə hərbi əməliyyatlara başlamalıdır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib. O diqqətə çatdırıb ki, ölkəmizin hərbi əməliyyatlar üçün kifayət qədər gücü var:
“İyul müharibəsi də göstərdi ki, ordumuzun gücü və qüdrəti qat-qat düşmən ordusundan üstündür. Tovuz müharibəsi və Aprel döyüşləri zamanı hərbiçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Göründüyü kimi, gənclərimizin vətənpərvərlik hissləri, döyüş ruhu və müharibəyə hazırlığı yüksək səviyyədədir. Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı heç kəs üçün sirr deyil. Türkiyə də ordumuzun gücünə güc qatır. Buna görə də, Azərbaycan mütləq şəkildə hərbi əməliyyatlara başlamalı, düşmənə layiqli cavab verməlidir. Müharibəyə başlayarsa, qələbə mütləq Azərbaycanın olacaq”.
Oxşar xəbərlər
Korrupsiya və planlaşdırılmamış tikinti şəhəri su altında qoyur - Tural Abbaslı (MÜSAHİBƏ)
19:34 07.04.2026
Bağlama səsi ilə dünyanı gəzən cütlük-"Bir-birimizə aşiq olduğumuz kimi musiqiyə də aşiqik" -FOTO
23:59 05.04.2026
Elxan Şahinoğlu: Gələcəkdə regionda İran adlı dövlətin mövcudluğu belə şübhə altındadır -SÖHBƏT
16:57 20.03.2026
Xəbər lenti
Hamısına bax
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət