Xudayarın büstünü hazırlayan rəssam:“...Üzündəki təbəssümü düşünürdüm”
09:42 09.12.2020
Müsahibə
1008
“Şəhidin ifasından təsirləndim.Onu bu kompozisiyada göstərmək istədim və göstərdim”
“Büstü hazırlayarkənXudayarın üzündəki təbəssümü düşünürdüm”
"Sherg.az" şəhid Xudayar Yusifzadənin büstünü hazırlayan Rəssamlıq Akademiyasının 2-ci kurs magistr tələbəsi Jalə Əliyeva ilə müsahibəni təqdim edir:
-Heykəltaraşlıq bacarığına necə yiyələndiniz?
-Bu sənət mənim həyatımdır, işimi və işləməyi sevirəm. 8 ildir ki, bu sənətdəyəm. Və ömrümün sonuna kimi də yaratmaqla məşğul olacağam.
-Necə oldu ki, qəhrəman şəhidimizin büstünü hazırlamaq qərarına gəldiniz?
-Şəhidin ifasından təsirləndim. Xudayar hər kəs kimi məni də təsirlədirmişdi. Onu bu kompozisiyada göstərmək istədim və göstərdim. Onun büstünü hazırlamaq çox xoş bir hissdir. Və düşünürəm ki, bu, mənim borcum idi.
-Büstü hazırlayarkən nələri düşünürdünüz?
- Sadəcə Xudayarın üzündəki təbəssümü...
- Büstü 3-4 saata hazırladığınızı qeyd etmisiniz. Belə çətin işi necə az müddətdə başa çatdırdınız?
-İçimdən gəldi və başladım. İş çox rahat gedirdi və mən istədiyim nöqtədə dayandım. Amma davam da edə bilərəm. Çünki iş gil üzərindədir, hələ ki, üzərində işləmək mümkündür.
-Görünür, Xudayarın şəhadəti sizə çox pis təsir edib. Başqa şəhidlərimiz üçün də büst hazırlamısız, yoxsa, bu, ilkdir?
-Xudayar Yusifzadədən əvvəl Dövlətzadə Cəbrayılın büstünü hazırlamışdım. Və Xudayardan sonra da bacardığım qədər şəhidlərimizin büstlərini hazırlamağa davam edəcəyəm...
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya