Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, komitənin bu günki iclasının gündəliyinə “Yol hərəkəti haqqında” qanunda bəzi dəyişikliklərin edilməsi təklif edilir.
Qanun layihəsi yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihədə "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsinin birinci hissəsinin 6-cı bəndinin yeni təkmil redaksiyada verilərək avtomagistrala "bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı ilə qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, bir-birindən ayrıca zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol" kimi anlayışının verilməsi təklif olunur.