“Bahar palçıq vulkanı” –nında manitorinq həyata keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “ Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı ” layihəsi çərçivəsində 09 iyun 2026-cı il tarixdə Qobustan ərazisindəki “Bahar palçıq vulkanı” –nında manitorinq həyata keçirildi. Manitorinqdə “Səma və Eko”sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Ceyhun Paşayev iştirak etdilər.

QHT.az xəbər verir ki, layihənin rəhbəri İradə Həsənova layihə haqqında məlumat verdi.Palçıq vulkanları üzrə mütəxəsis Ceyhun Paşayev bildirdi ki, dünyadakı 800 vulkandan 300-dən çoxu Azərbaycan ərazisində yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarmadasında, Qobustanda və Xəzər dənizi hövzəsində yayılıb. Xüsusilə Qobustan Dövlət Tarixi – Bədii Qoruğu yaxınlığında yerləşən vulkanlar həm yerli, həm də xarici turistlərin marağına səbəb olur. Bundan başqa Bahar palçıq vulkanı Azərbaycanın məşhur palçıq vulkanlarından biridir. Vulkan Qaradağ rayonu ərazisində, Ələt burnu yaxınlığında və Qobustandan təxminən 15 km cənub-şərqdə yerləşir. Bu vulkan dəfələrlə püskürmüş, püskürmələr zamanı səthə böyük həcmdə palçıq və qaz çıxarmışdır. Bahar vulkanı geoloqlar üçün mühüm tədqiqat obyekti olmaqla yanaşı, Azərbaycanın zəngin təbii irsinin bir hissəsi hesab edilir.

Bahar palçıq vulkanı Azərbaycanın unikal təbii abidələrindən biridir və ölkənin palçıq vulkanları ilə zənginliyini nümayiş etdirir. Ümumiliyyətlə Palçıq vulkanlarının ekoturizm üçün əhəmiyyəti çoxşaxəlidir. İlk növbədə, bu ərazilər insanlara təbiətin nadir və fərqli görüntülərini təqdim edir. Vulkanların yaratdığı qeyri-adi landşaft turistlər üçün xüsusi maraq doğurur. Bundan əlavə, bəzi palçıq növlərinin müalicəvi xüsusiyyətlərə malik olduğu düşünülür və bu amil sağlamlıq turizm baxımından da imkanlar yaradır.

Bundan başqa ətrafdakı palçıq vulkanları ilə bağlı da manitorinq həyata keçirildi.