Bayram günlərində Naxçıvan Muxtar Respublikasında zəhərlənmə halları qeydə alınıb.
MR Yoluxucu Xəstəliklər Mərkəzindən APA-ya verilən məlumata görə, bayram günlərində ümumilikdə 20 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən, onardan 11-i qida zəhərlənməsi, 6-sı dəm qazından zəhərlənmə, 3-ü isə alkoqol mənşəli zəhərlənmə olub.