Bələdiyyələrə münasibətin dəyişdiyi hiss olunur -RƏY
Yusif Nəzərli
06:57 26.01.2025
Ölkə
741
Yerlərdə əksər partiyaların təmsilçilərinin bu seçkidə namizədliklərini irəli sürdüyü müşahidə edilir
Qarşıdan gələn seçkilərə yüksək səviyyədə hazırlıqlar görülür. Bütün tədbirlər “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na uyğun olaraq reallaşdırılır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament seçkilərinə hazırlıqdan geri qalmamalıdır. Bələdiyyə seçkiləri ilə bağlı əsas hədəflərdən biri şəffaflığın yüksək səviyyədə təmin edilməsidir. Bu məqsədlə ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir: “İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir”.
Bələdiyyə seçkilərinə hazırlıq prosesini dəyərləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, budəfəki bələdiyyə seçkisi müstəqillik tariximizdə ölkənin bütün ərazisində yerli özünüidarəetmə orqanlarına keçiriləcək ilk seçkilər olacaq:
“Müstəqil və suveren dövlətimizdə keçiriləcək builki bələdiyyə seçkilərinin cəmiyyətin bütün ictimai-siyasi kəsimlərində xüsusi aktivləşməyə səbəb olduğu müşahidə olunur. Bunun da bir neçə mühüm səbəbi var. Əsas, başlıca səbəblərdən biri budur ki, 2025-ci ilin 29 yanvar Bələdiyyə seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra gerçəkləşməkdə olan ilk bələdiyyə seçkiləridir. Biz builki seçkilərə qalib dövlət, qalib xalq kimi gedirik. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda da bələdiyyə seçkiləri baş tutacaq.
29 yanvar seçkilərinin digər özəlliyi isə bu seçkilərin Konstitusiya və Suverenlik İlinə təsadüf etməsidir. Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu da təsadüfi deyil. Bu gün qalib Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni geosiyasi reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Eyni zamanda, dövlətimiz Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bələdiyyələr də cəmiyyətin və ölkə idarəçiliyinin müasir dövrün tələblərinə və çağırışlarına adekvat olaraq təkmilləşdirilməsində önəmli istiqamətlərdən biri sayılır. Bu baxımdan builki bələdiyyə seçkilərinin "Konstitusiya və Suverenlik İli" ilə üst-üstə düşməsi təbii qanunauyğunluqdur”.
Ə.Hüseynovun sözlərinə görə, aktivliyin daha bir səbəbi isə bələdiyyələrin indiyə qədərki fəaliyyəti ilə gələcək fəaliyyətləri arasında ciddi fərqlərin olacağına bəslənilən ümidlərlə bağlıdır:
“Sirr deyil ki, əvvəlki dövrdə bir çox bələdiyyələrin fəaliyyəti qənaətbəxş olmayıb. Bir sıra bələdiyyələrin mövcudluğu və fəaliyyəti formal xarakter daşıyıb. Sözün düzü, siyasi partiyalar və ictimai təşkilatlar da bələdiyyələrdə təmsil olunmağa elə bir xüsusi maraq göstərməyiblər. Lakin builki seçkilərdə isə bələdiyyələrə münasibətin dəyişdiyi hiss olunur. Biz yerlərdə hakim Yeni Azərbaycan Partiyası başda olmaqla əksər partiyaların təmsilçilərinin bu seçkidə namizədliklərini irəli sürdüyünü müşahidə edirik.
Bir çox dairələrdə bələdiyyə üzvü olmaq üçün namizədlər arasında, onların dəstəkçiləri arasında sözün əsl mənasında yarış, rəqabət gedir. Həmçinin seçici marağı da kifayət qədər yüksəkdir. Deməli, bələdiyyələrin rolunun artacağı barədə fikirlər artıq öz təsdiqini tapmaqdadır. Biz yaxın günlərdə baş tutacaq bələdiyyə seçkilərinə qatılan üzvlərimizə, dostlarımıza uğurlar diləyir və seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inamımızı ifadə edirik. Bələdiyyələr ölkədə vətəndaş həmrəyliyinin güclənməsində mühüm rol oynayacaq. Bəli, indi bütün müstəvilərdə birlik və həmrəylik vaxtıdır”.
Oxşar xəbərlər
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb
20:00 11.10.2026
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin layihəsinin sonuncu tədbiri Kəlbəcərdə həyata keçirilib
14:00 05.10.2026
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial