Bu il iki yeni milli park yaradılacaq: ərazilər məlum olub
Yusif Nəzərli
03:33 12.01.2025
Ölkə
642
Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib. O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.
Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, yəni quşların daha çox miqrasiya etdiyi dövrə təsadüf edirdi. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.
“İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir”, - deyə R.Allahverdiyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya