Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Yusif Nəzərli
14:38 14.03.2025
Ölkə
437
14 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Bakı Qlobal Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, Təşkilatın fəaliyyətinin gücləndirilməsi səyləri, Təşkilatın ölkəmizdə keçiriləcək Zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının işinə əhəmiyyət verdiyini, Təşkilatın əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.
Cari ildə ölkəmizdə keçiriləcək Zirvə görüşünün İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region