
Ekspert: Bakıya 35 min taksi bəs edir
Yusif Nəzərli
12:04 29.01.2025
Ölkə
555
Avtobuslarla 2024-cü ildə 28 milyon olmaqla, 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin, dəmir yolu və metro ilə 11 milyondan çox əlavə sərnişin daşınıb.
Bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
"Taksi daşımalarında isə 32 faizlik enmə baş vermişdir. Eyni zamanda, 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində 700 mindən çox səfər həyata keçirilmişdir. Bu da tədbirlərin trendinin dəyişməsinin və bizim istədiyimiz istiqamətdə getməsinin göstəricisidir", - deyə o, əlavə edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib:
"Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun "28 May" stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılmışdır".
Nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, azalmanın əsas səbəbi taksilərlə bağlı il məhdudiyyətinin tətbiq edilməsidir:

“Yəni köhnə maşınlar artıq taksiyə yaramır və sistem onu bloklayır. Sözügedən səbəbdən də azalma baş verdi. Bu təbii bir prosesdir. Çünki dövlətin qoyduğu qaydalara əməl etmək lazımdır. Ümumiyyətlə taksilərin sayı azalanda biz gördük ki, nə qədər köhnə, yararsız avtomobil taksidə istismar olunurmuş. Amma indi şirkətlər bu işin üstünə düşüblər və çoxlu yeni maşınlar gətirirlər, Hətta Çin istehsalı olan elektrik və hibrid avtomobillərinə üstünlük verirlər. Bir ara Hacıqabulda istehsal olunan avtomobillərə də maraq artmışdı. Sadəcə o avtomobillər, benzinlə işləyir deyə sürücülərə sərfəli deyil. Onlar da alıb qaz balonu quraşdırırlar və bu da başqa fəsadlar yaradır. Ümumən gözləyirik ki, Bakıda 35 min taksi olacaq və bu da kifayət edir”.
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol