
Füzuli yenidən doğulur: 2026-cı ilə qədər şəhərdə 22 min nəfər yaşayacaq
Yusif Nəzərli
01:50 15.10.2025
Ölkə
678
Füzuli beynəlxalq həmrəyliyin mərkəzinə çevrilir
"Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri 17 oktyabr 2020-ci il - Füzulinin azad olunduğu gündür. Bu tarix ölkəmizin hər bir vətəndaşı üçün Zəfər salnaməsinin əziz və müqəddəs səhifəsidir".
Bu barədə Sherg.az-a Milli Məclisin üzvü Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu düşməni sarsıdıcı zərbələrlə torpaqlarımızdan qovdu, xalqımızın otuz illik həsrətinə son qoydu:

"Lakin 1993-cü ildə Ermənistanın işğalı nəticəsində şəhər tamamilə dağıdıldı, dinc əhali yurd-yuvasından didərgin düşdü, yüzlərlə füzulili şəhid və itkin verdi. İşğal illərində düşmən bu torpaqlarda mədəni soyqırımı həyata keçirdi, məscidləri təhqir etdi, abidələri viran qoydu. Azərbaycan Ordusunun əzmkar hücumu nəticəsində 17 oktyabr 2020-ci ildə Füzuli azad edildi. Bu döyüşlər Vətən müharibəsinin həlledici mərhələlərindən biri oldu. Füzuli istiqamətində əldə olunan qələbə Şuşaya gedən yolun açılmasında mühüm rol oynadı. Ən tanınmış hərbi ekspertlər bu əməliyyatın miqyasına və peşəkarlığına heyranlıqlarını ifadə edərək, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini etiraf etdilər. Bu qələbənin simvolu olaraq 2020-ci ilin noyabrında “Füzulinin azad olunmasına görə” medalı təsis olundu. 25 mindən çox hərbi qulluqçu bu mükafata layiq görüldü. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə isə 17 oktyabr - "Füzuli şəhəri günü" elan edildi. Bu gün Füzuli Azərbaycanın müasir inkişaf modelinin parlaq nümunəsinə çevrilib. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı tikilib, şəhərin Baş planı təsdiqlənib, enerji və nəqliyyat infrastrukturu bərpa olunub. Köndələnçay su anbarı kompleksi, yeni elektrik yarımstansiyaları, yollar və sosial obyektlər regionun dirçəlişini təmin edir".
Parlamentari qeyd edib ki, Füzuli beynəlxalq həmrəyliyin mərkəzinə çevrilir:
"Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Türk dünyasının birliyini, dostluğunu və mənəvi yaxınlığını təcəssüm etdirir. Artıq Böyük Qayıdış Proqramı çərçivəsində yüzlərlə ailə doğma yurduna dönüb. 2026-cı ilə qədər 22 min nəfərin Füzulidə yaşayacağı planlaşdırılır. Yeni məktəblər, parklar, yaşayış binaları, sosial infrastruktur bərpa olunmaqla Füzuli bu gün Qarabağın yenidən doğulan şəhərinə çevrilib. 17 oktyabr - "Füzuli şəhəri günü" hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və gələcəyə inam günüdür. Bu tarix göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının əsl sahibidir, ədalət bərpa olunub və Füzuli bir daha əbədi olaraq üçrəngli bayrağımızın kölgəsində yaşayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya