“Məmurların 95 faizi oğurladıqları ilə rahat yaşayır” - Tural Abbaslı
06:28 25.06.2025
Ölkə
575
Partiya sədri məmurların korrupsiyaya qurşanmasını sərt tənqid edib
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi əməliyyat nəticəsində icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, korrupsiya əməllərində ittiham olunur. Bununla belə, Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmaların getdiyi bildirilir. Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil.
Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib. Uzun müddət vəzifədə qalan, postundan şəxsi maraqları üçün istifadə edən, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya əməlləri ilə seçilən vəzifəli şəxslərin bundan sonra da cəzalandırılacağına şübhə yoxdur. Yəni ölkə başçısının etimadını doğrultmayan istənilən məmur həm vəzifəsindən uzaqlaşdırılacaq, həm də qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.
AĞ Partiyanın sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, hər dəfə hansısa məmur, icra başçısı həbs ediləndə eyni fikirlər səsləndirilir. Partiya rəhbəri vurğulayıb ki, qanunları pozan, vəzifələrindən sui-istifadə edən məmurlar zaman-zaman həbs olunsa da, ifşa edilsə də, proses davam edir:
"Daha çox insan hərisliyi, hazırkı sosial düzənin həyat tərzi məmurları bu cür oğurluqlar etməyə vadar edir. Çünki təəssüflə qeyd etməliyik ki, görməmişlik, var-dövlətə, pula hərislik, tez zamanda varlanmaq arzusu sonda külli miqdarda mənimsəmə və korrupsiya halları ilə nəticələnir. Pul mənimsəyənlər, korrupsiya ilə məşğul olanlar buna adi hadisə kimi baxırlar. Düşünürlər ki, əşşi, onsuz da hamı edir, amma bir neçəsi həbs olunur və s. 95 faizi oğurladıqları pullarla ömür boyu yaşayırlar, dolanırlar. Amma bu məsələni sadəcə insanların vicdanına, əxlaqına buraxmaq olmaz. Oğurluğun, korrupsiyanın aradan qaldırılması üçün konkret işlək mexanizmlər tətbiq olunmalıdır. Elə bir sistem qurulmalıdır ki, oğurluq etmək arzusunda olan da bunu edə bilməsin, bacarmasın. Həm də ümid edirik ki, qanunsuz əməllər edənlərin ardıcıl həbsi baş verərsə, bəlkə digərlərində xof, qorxu yaranar. Vicdanları olmasa da, ən azından qorxudan bunu etməzlər".
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm