MN-də milyonluq mənimsəmə: Məhkəməyə şahidlər məcburi gətiriləcək
Yusif Nəzərli
08:30 05.04.2025
Ölkə
359
Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı bildirib ki, Vahid Novruzlu ondan bank rekvizitlərini istəyib:
“Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir, hərbi qulluqçu olduğuma görə o qədər pulu kartıma qəbul edə bilmərəm. Onun üçün mən də bank rekvizitlərimi ona göndərdim. 3150 manat kartıma pul köçdü. Pulu nağdlaşdırdım və Vahid Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.
Məhkəmədə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadə bildirib ki, yeznəsi onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:
“Qazanxanada mülki işçi kimi müqavilə əsasında çalışırdım. Vahid bizə gəlmişdi. Mənə dedi ki, sənin kartına pul gələcək. Onu nağdlaşdırıb mənə verərsən. Mən də 3917 manat pulu ona verdim. Cinayət işi başlandığını Vahid saxlanıldıqdan sonra bildim”.
Daha sonra məhkəmədə ifadə verən Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu onun bölmə rəisi olub:
“Mən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Maliyyə xidmət rəisinin müavini olmuşam. Cinayət işi ilə bağlı məlumatım olmayıb. Vahid Novruzlu dedi ki, Şaiq Bayramovun kartına qardaşı Almaniyadan pul göndərib. Mən də xəstəxanada həkim olan Şaiq Bayramovun yanına gedib 2633 manat götürmüşəm. Həmin pulu işdə Vahid Novruzluya vermişəm və həmin məbləğdən mənə pul verilməyib”.
Təqsirləndirilən şəxs bildirib ki, Eşqin Həsənovun yox, Şaiq Bayramovun kartını istəməyinin səbəbi Eşqinin də hərbi qulluqçu olmasıdır. Prosesdə şahid qismində dindirilən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləmiş Füzuli Ələkbərli bildirib ki, pulun Vahid Novruzluya çatacağını bilməyib:
“Vahid Novruzlunu tanımıram. İki dəfə Elşənlə birlikdə Vahidlə görüşmüşəm. Mən bank rekvizitlərimi Elşən Salamova vermişdim. Balansıma pul köçdü və mən bu barədə Elşənə məlumat verdim. Məbləği xatırlamıram, təxminən 3000 manat civarında idi. Pulun Vahid Novruzluya çatacağını istintaq orqanına ifadə verəndə bilmişəm”.
O, dövlət ittihamçısının sualına şahid cavab olaraq Elşəni tanıdığını və ona inandığını deyib.
Cinayət işi üzrə şahid qismində tanınan daha 5 şəxsdən 4-nün məhkəməyə gəlməkdən imtina etdikləri bildirilib.
Təqsirləndirilən şəxs və vəkil Nəsib Niftəliyev onların prosesə gəlməsinə ehtiyac olmadığını və istintaqa verdikləri ifadəni elan etməyin kifayət olduğunu deyiblər.
Məhkəmə müşavirə edərək 4 şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar verib.
Proses aprelin 11-də davam etdiriləcək.
Qeyd edək ki, Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (Vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi