Mülki təyyarələrə qarşı məcburi tabe etmənin tətbiqi proseduru müəyyənləşib
10:52 08.07.2025
Ölkə
368
Мülki hava gəmisinə qarşı məcburi tabe etmənin tətbiq edilməsi proseduru müəyyənləşib.
Sherg.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Bu Qaydalara əsasən mülki hava gəmilərinin naviqasiya təhlükəsizliyini tənzimləyən sənədlərin hazırlanması zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir:
- mülki hava gəmisinə qarşı məcburi tabeetmə yalnız son vasitə kimi tətbiq edilməlidir;
- hava gəmisini planlaşdırılmış marşruta qaytarmaq, milli hava məkanının hüdudlarından kənara istiqamətləndirmək, qadağan edilmiş, məhdudlaşdırılmış və ya təhlükəli zonadan uzaqlaşdırmaq və ya təyin edilmiş aerodromda eniş etmək üçün ona göstəriş vermək zərurəti olmadığı halda, məcburi tabeetmə hava gəmisinin identifikasiya edilməsi ilə məhdudlaşmalıdır;
- təcrübə məqsədilə mülki hava gəmilərinə münasibətdə məcburi tabe etməyə əl atılmamalıdır;
- hava gəmisinin istiqamətləndirilməsi barədə və digər məlumatlar radiorabitə yaradıldıqda, radiotelefon vasitəsilə ötürülməlidir;
- qarşısı kəsilən hava gəmisindən uçduğu ərazidə yerə enmək tələb edildikdə, enmə üçün təyin edilmiş aerodrom hava gəmisinin aidiyyəti növünün təhlükəsiz enişi üçün münasib olmalıdır.
Qarşısı kəsilən hava gəmisi tərəfindən yerinə yetirilməli olan hərəkətlər aşağıdakılardır:
Digər hava gəmisi tərəfindən qarşısı kəsilən hava gəmisi dərhal aşağıdakıları yerinə yetirməlidir:
- vizual siqnalları qəbul etməli və onlara cavab verərək, qarşısını kəsən hava gəmisinin verdiyi təlimatlara riayət etməlidir;
- mümkün olduqda müvafiq hava hərəkətinə xidmət məntəqəsinə məlumat verməlidir;
- 121,5 MHs fövqəladə rabitə ilə efirə çıxaraq qarşısını kəsmiş hava gəmisi və uçuşun xarakteri haqqında məlumat verməklə, qarşısını kəsən hava gəmisi və müvafiq qarşısını kəsməni idarəetmə məntəqəsi ilə radio əlaqəsi yaratmağa səy göstərməli, əlaqə yaratmaq mümkün olmadıqda, 243 MHs fövqəladə rabitə tezliyində təkrar radio əlaqəsi yaratmağa çalışmalıdır;
- SSR cavabvermə cihazı ilə təchiz edildikdə, müvafiq hava hərəkətinə xidmət məntəqəsi tərəfindən başqa göstəriş verilməmişdirsə, A rejimində 7700 kodunu seçməlidir;
- qarşısını kəsən hava gəmisi tərəfindən verilən vizual siqnallarla mənbələrdən radio vasitəsilə alınan hər hansı təlimatlar arasında ziddiyyət olduqda, qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisi tərəfindən verilən vizual təlimatlara riayət etməyə davam etməklə, dərhal aydınlaşdırma tələb etməlidir;
- qarşısını kəsən hava gəmisi tərəfindən radio ilə verilən siqnallarla hər hansı radio vasitəsilə alınan təlimatlar arasında ziddiyyət olduqda, qarşısı kəsilən hava gəmisi qarşısını kəsən hava gəmisi tərəfindən radio ilə verilən təlimatlara riayət etməyə davam etməklə, dərhal aydınlaşdırma tələb etməlidir.
Qarşısını kəsmə zamanı radio əlaqə yarandıqda, lakin ümumi dildə əlaqə yaratmaq mümkün olmadıqda, hər ifadəni iki dəfə ötürməklə, təlimatların ötürülməsinə, alınmasına və mühüm məlumatların təsdiq edilməsinə səy göstərilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı