Naxçıvana elektrik mühərrikli avtobuslar gətiriləcək
13:58 12.08.2025
Ölkə
523
Naxçıvan Muxtar Respublikasında nəqliyyat sisteminin təhlükəsizliyinin artırılması, atmosferə atılan tullantıların azaldılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhərinə 60 ədəd elektrik mühərrikli avtobus gətiriləcək.
APA xəbər verir ki, avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonra şəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək.
“Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmış müqaviləyə əsasən yeni gətiriləcək BYD markalı elektrik avtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdir və tam enerji ilə 240 km məsafə qət edə bilir. Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerji təchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luq transformator məntəqəsi inşa olunacaq. Bundan əlavə, qaraj daxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isə gələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıq sürətli enerji doldurma cihazı quraşdırılacaq. Marşrut xətlərinin son dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılması planlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətli enerji doldurma cihazı istifadəyə veriləcək.
Layihənin cari ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.
Xəbər lenti
Hamısına bax
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya