Ötən il 500 mindən çox Asan İmza sertifikatı verilib

2025-ci il ərzində ümumilikdə 333.388 müraciət üzrə 512.192 Asan İmza sertifikatı verilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki , 2025-ci il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 583.733 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 928.402 sayda xidmət göstərilib ki, bunun da 331 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 199 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.