Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.
Sherg.az Unikal-a istinadla xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.
Onun şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl onun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da işdən çıxarılıb.